Icma.az
close
up
RU
Mərkəzi Bank oktyabrın 22 də nə qərar verəcək?

Mərkəzi Bank oktyabrın 22 də nə qərar verəcək?

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, oktyabrın 22-də uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq. Mərkəzi Bank sonuncu dəfə iyulun 23-də son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib, daha sonra isə sentyabrın 10-da bu göstəricini sabit saxlayıb.

Metbuat.az xəbər verir ki, iqtisadçı Fuad İbrahimov Kredit.az-a növbəti qərarın hansı istiqamətdə olacağı barədə açıqlama verib. AMB-nin iyul ayında belə bir qərar verdiyini xatırladan iqtisadçı hesab edir ki, uçot dərəcələrinin azaldılması hər zaman iqtisadi aktivliyin artırılmasına xidmət edən bir siyasətdir:

“Mərkəzi Bankın bugünkü fəaliyyəti, xüsusilə son üç ildə görülən işlər göstərir ki, qurum müstəqillik dövründə ən çevik, tarazlığı qoruyan və sabitlik istiqamətində addımlayan maliyyə institutlarından biridir. O, mövcud iqtisadi şəraitdə əlindəki bütün alətlərdən məharətlə istifadə etməklə, həm daxili sabitliyi, həm də maliyyə sisteminin dayanıqlığını qorumağı bacarır.

Postpandemiya dövrünün yaratdığı qlobal inflyasiya dalğasının həm dünya, həm də Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərdiyini nəzərə alsaq, bu şəraitdə Mərkəzi Bankın apardığı siyasət ilk növbədə inflyasiyanın cilovlanmasına yönəlmiş effektiv özünümüdafiə mexanizmi formalaşdırdığını deməyə əsas verir.

Mən hesab edirəm ki, bu tarazlığı qorumağa imkan verən fəlsəfə və siyasət hazırda da uğurla davam etdirilir. Uçot dərəcələrinin azalması məsələsinə gəldikdə isə, iyul ayında bunun artıq baş verdiyini xatırlatmaq lazımdır. Əgər bu proses ardıcıl şəkildə davam edərsə, nəzəri baxımdan belə nəticəyə gəlmək olar ki, uçot dərəcəsinin azaldılması iqtisadi aktivliyin artırılmasına xidmət edən yumşaq monetar siyasətin göstəricisidir. Bu addım eyni zamanda inflyasiyanın plan üzrə idarə olunmasına yönəlmiş siyasətin təsdiqi kimi də qiymətləndirilə bilər”.

İqtisadçı bildirib ki, hər bir halda, uçot dərəcəsi azalsa da, stabil qalsa da, mövcud makroiqtisadi tarazlıq fonunda Mərkəzi Bankın monetar siyasəti qorunub saxlanılır:

“Bu istiqamətdə atılan addımlar ümumi iqtisadiyyatın sabit və idarəolunan bir dəhlizdə — yəni üfüqi dalğalanma çərçivəsində inkişaf etdiyini göstərir. Azalma meyli bir daha inflyasiyanın cilovlanmasının və planlı şəkildə tənzimlənməsinin göstəricisidir. Bununla yanaşı, bu proses iqtisadi aktivliyin artırılması istiqamətində atılmış mühüm və müsbət bir addım kimi də dəyərləndirilə bilər. Hər bir halda, konkret zaman və şərait daxilində bu dinamikanı diqqətlə izləmək və qiymətləndirmək vacibdir”.

Gülbəniz Hüseynli / Kredit.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri