Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alır
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankı Mənzər Hacıyeva (VÖEN – 1701418472) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Satınalma milli kəlağayıların satın alınması ilə bağlıdır. Mərkəzi Bank kəlağayılar üçün Mənzər Hacıyevaya 1150 manat ödəyəcək.
Qeyd edək ki, Mərkəzi Bankın Mənzər Hacıyevadan neçə ədəd kəlağayı alacağı açıqlanmayıb.
Məlumat üçün bildirək ki, Mənzər Hacıyeva Milli Məclisinin sabiq deputatı Asəf Hacıyevin qızıdır. 1986-cı ildə anadan olan Mənzər Hacıyeva Nyu-York Universitetini bitirib və ixtisas təhsilini Parsons Dizayn İnstitutunda davam etdirib. “Menzer Hajiyeva” kəlağayı brendinin dizayneri olan Mənzər Hacıyeva fransalı iş adamı Saşa Sebbaxla ailə həyatı qurub.
Elnur Əli
Baxış sayı:120
Bu xəbər 14 May 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















