Icma.az
close
up
RU
Mərkəzi Bank valyuta hərraclarını niyə açıqlamır? Ekspert İZAH ETDİ

Mərkəzi Bank valyuta hərraclarını niyə açıqlamır? Ekspert İZAH ETDİ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankı tərəfindən həftəlik valyuta hərracları barədə məlumatların yayımlanması dayandırılıb. Belə ki, valyuta hərracı barədə rəsmi məlumat sonuncu dəfə fevralın 27-də təqdim olunub.

"Hazırda Mərkəzi Bankın valyuta hərraclarının həftədə iki dəfə olmaqla keçirilməsi davam etdirilir. Valyuta hərraclarında formalaşan məzənnənin sabit qalması və banklar tərəfindən təqdim olunan tələbin tam qarşılanması nəzərə alınaraq, valyuta hərraclarının nəticələrinə dair məlumatın Mərkəzi Bank tərəfindən kommunikasiya edilməsi aktual hesab olunmur. Eyni zamanda qeyd etmək istərdik ki, Mərkəzi Bankın hər ayın sonuna olan valyuta ehtiyatlarının səviyyəsinə dair məlumat Mərkəzi Bankın internet səhifəsində aylıq əsasda açıqlanır. Bu məlumatın ənənəvi qaydada kommunikasiyası davam etdiriləcək", - Mərkəzi Bankın mətbuat xidmətinin sorğumuza verdiyi cavabında bildirilir.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, məlumat yetərsizliyi valyuta bazarındakı şəffaflığa təsir göstərir:

"Bu məsələ ilə bağlı Mərkəzi Bankın rəsmi münasibəti mövcuddur. Mərkəzi Bank tərəfindən bildirilir ki, məhz valyuta hərracalarında formalaşan məzənnənin sabit qalması, mövcud tələbin qarşılanması nəzərə alınaraq, bu məlumatlar paylaşılmayacaq. Onsuz da ayda bir dəfə valyuta ehtiyyatların azalması və ya artmasına dair məlumatlar Mərkəzi Bank tərəfindən ictimaiyyətə təqdim edilir. Sadəcə valyuta ehtiyyatlarının azalması və ya artmasının səbəbləri, ümumiyyətlə valyuta ehtiyyatlarının hansı istiqamət üzrə azalması barədə məlumat yetərsizliyi olur. Məlumat yetərsizliyi valyuta bazarındakı şəffaflığa təsir göstərir. Eyni zamanda bazar iştirakçıları üçün qeyri-müəyyən mühit yaradır və bu istiqaməti təhlil etmək istəyənlər üçün məlumat yetərsizliyi formalaşdırır".

İqtisadçı ekspert vurğulayıb ki, nəzəri olaraq, mərkəzi banklar valyuta hərracına dair məlumatları bir neçə halda təqdim etmək istəmirlər:

"Səbəblərdən biri valyutaya olan tələbin davamlı olaraq artması ilə bağlıdır. Bu zaman məlumat ictimaiyyətə açıqlananda bu kiçik artım süni şəkildə çoxalır və valyutaya tələb daha da artır. Çünki hər bir ölkənin yerli valyutasının məzənnəsi ilə bağlı olan narahatlıq xarici məzənnəyə-dollara olan tələbatı süni şəkildə artırır. İnsanlar narahat olmağa başlayırlar. Mərkəzi banklar valyuta satışını, yəni dollar satışı qrafikini gizli saxlayır. Çünki müəyyən aylarda azalma, digər aylarda isə artım ola bilər. Artımla bağlı məlumat yayıldığı zaman ajiotaj yaranır. Beləliklə də, əslində valyuta ehtiyyatlarının azalmalı olduğu ayda, yenə də, artım olur. 

Digər səbəb isə Mərkəzi bankların valyuta ehtiyyatlarının dövlətin digər zəruri ehtiyyatlarının ödənilməsinə yönəldiyi zaman ortaya çıxır. Belə ki, Mərkəzi bankların valyuta ehtiyyatlarının müəyyən qisminin dövlətin müəyyən məqsədləri üçün ayrılan hissəsinin konfidensial saxlanılmasını zəruri hesab edirsə, bəzi informasiyaların təqdimatında  məhdudiyyətlər qoyurlar

Hazırda Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi rəsmi açıqlamada isə sadəcə olaraq, hərracla bağlı məlumatların açıqlanmasının məqsədəuyğun hesab edilməməsinə dair ümumiləşdirilmiş açıqlama verilib. Böyük ehtimal ki, belə bir qərar müəyyən mənada ölkə maraqlarının qorunması baxımında qəbul edilib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri