Mərkəzi Bank “Visa” ilə maliyyə texnologiyaları ekosisteminin inkişafını müzakirə edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Visa” şirkətinin Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə regional prezidenti Tariq Mahmudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı son illərdə ölkənin maliyyə sektorunda həyata keçirilən genişmiqyaslı fəaliyyət, rəqabətqabiliyyətli və innovativ ödəniş infrastrukturunun formalaşdırılması, nağdsız ödənişlərin təşviqi, eləcə də rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə ətraflı fikir mübadiləsi aparılıb. Beynəlxalq təcrübənin və müasir yanaşmalarının öyrənilməsi və tətbiqi baxımından Visa kimi təcrübəli şirkətlərlə əməkdaşlığın önəmi vurğulanıb.
Görüşdə, həmçinin Mərkəzi Bank və “Visa” arasında gələcək əməkdaşlıq imkanları, maliyyə texnologiyaları ekosisteminin inkişaf perspektivləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 09 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















