Icma.az
close
up
RU
Mərkəzi Bankdan qərar: artıq bunu açıqlamır SƏBƏB

Mərkəzi Bankdan qərar: artıq bunu açıqlamır SƏBƏB

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı keçirdiyi valyuta hərraclarının nəticələrini artıq ictimaiyyətə açıqlamır. Mərkəzi Bankın sədri Taleh Kazımov bu dəyişikliklə bağlı bir müddət öncə bildirib ki, hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur. Mərkəzi Bankın hər ayın sonuna olan valyuta ehtiyatlarının səviyyəsinə dair məlumat Mərkəzi Bankın internet səhifəsində aylıq əsasda açıqlanır. Bu məlumatın ənənəvi qaydada kommunikasiyası davam etdiriləcək.

Globalinfo.az bildirir ki, “APA-Economics” valyuta hərraclarının açıqlanmaması ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov mövzunu şərh edib:

“Mərkəzi Bank mart ayının əvvəlindən valyuta hərraclarının nəticələrinin açıqlanmasının dayandırılması ilə bağlı məsələyə rəsmi münasibət bildirib. Açıqlamada bildirilib ki, məzənnənin sabit qalması və hərraclarda tələbin tam qarşılanması səbəbindən hər bir hərracdan sonra məlumatların paylaşılmasına ehtiyac duyulmur. Qeyd edilməlidir ki, Mərkəzi Bank hər ayın sonunda internet səhifəsində valyuta ehtiyatlarının səviyyəsi ilə bağlı məlumatları ictimaiyyətə təqdim etməyə davam edir. Bu da nəticə etibarilə valyuta bazarı haqqında təsəvvür formalaşdırmağa imkan verir”.

 Müşfiq Cəfərov

M.Cəfərov əlavə edib ki, mart ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11.026,5 milyon ABŞ dolları səviyyəsində açıqlanıb. Qeyd edək ki, bu rəqəm fevral ayı ilə müqayisədə 34,6 milyon ABŞ dolları daha çoxdur:

“2025-ci ilin ilk iki ayında Mərkəzi Bankın açıqladığı hərracların nəticələrinə nəzər yetirdikdə, yanvarın ilk iki həftəsində keçirilən dörd hərracın üçündə tələb təklifi üstələsə də, sonrakı on iki hərracda tələb təklifdən az oldu. Görünür ki, ilin ilk iki ayında olduğu kimi, mart ayında da valyuta hərraclarında tələb aşağı olub və nəticədə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi artıb.

Uzunmüddətli perspektivdə də Mərkəzi Bankın valyuta ehtiyatlarında davamlı artım müşahidə olunur. Əgər 2016-cı ilin sonunda bu göstərici 4 milyard ABŞ dolları idisə, hazırda ehtiyatların həcmi 11 milyard ABŞ dollarını ötüb.

Həmçinin, Mərkəzi Bank bəyan edib ki, valyuta bazarına müdaxilə etdiyi hallarda bu barədə ictimaiyyəti məlumatlandıracaq. Məsələn, ötən il Mərkəzi Bank bəzi dövlət layihələrinin icrası üçün ilin sonunda öz ehtiyatlarından istifadə edərək planlı şəkildə valyuta satışlarını həyata keçirəcəyini bildirmişdi. Mərkəzi Bankın son illər verdiyi bəyanatlara sadiq qaldığını nəzərə alaraq düşünürəm ki, bundan sonra da öz ehtiyatlarından müdaxilə edəcəyi təqdirdə bu barədə qabaqcadan məlumat verəcək”, – deyə ekspert qeyd edib.

İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, Mərkəzi Bank valyuta hərraclarının keçirilməsi ənənəvi qaydada davam etsə də, məzənnənin sabit qalması və tələbin tam qarşılanması səbəbindən hərrac nəticələrinə dair məlumatların ictimaiyyətə açıqlanmasını aktual hesab etmir:

“Mərkəzi Bank tərəfindən həmçinin bildirilib ki, aylıq əsasda öz internet səhifəsində valyuta ehtiyatlarının səviyyəsi haqqında məlumat ictimaiyyətə təqdim olunur.

Xalid Kərimli

Düşünürəm ki, bu qərar davranış iqtisadiyyatı və onun tənzimlənməsi ilə bağlıdır. Belə ki, hər hansı bir hərracda valyutaya olan tələbin yüksəlməsi xəbəri ictimaiyyətə çatdırıldıqda, bu, əsaslı səbəb olmadan narahatlıq yarada və süni tələbin artmasına səbəb ola bilər.

Onsuz da, Mərkəzi Bank hər ay öz valyuta ehtiyatları haqqında məlumatı internet səhifəsində açıqlayır. Hərraclarda valyutaya tələb az olduğu şəraitdə Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan, lakin satılmamış valyutanı Mərkəzi Bank özü almalı olur. Bu isə Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ilə nəticələnir. Son illərdə bu dinamika Mərkəzi Bankın ehtiyatlarında da özünü göstərir”.

Xalid Kərimli onu da vurğulayıb ki, Mərkəzi Bank valyuta bazarındakı vəziyyəti ayrı-ayrı hərracların nəticələri ilə deyil, ümumi ehtiyatların dəyişməsi ilə qiymətləndirməyi daha məqsədəuyğun hesab edir. Buna görə də hər hərrac üzrə statistikanın ictimaiyyətə açıqlanmasına zərurət görmür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri