Mərkəzi Bankdan təcili xəbərdarlıq: Bu məlumatlara inanmayın Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı saxta məlumatlarla bağlı xəbərdarlıq yayıb.
Bu barədə AZXEBER.COM-a Mərkəzi Bankdan məlumat verilib.
Qeyd olunub ki, Mərkəzi Bank tərəfindən aparılan müşahidələrə və daxil olan müraciətlərə əsasən, Bankın rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi hallarının yer aldığı müəyyənləşib.
Bildirilib ki, Mərkəzi Bank tərəfindən müvafiq maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar bankın rəsmi internet səhifəsində (www.cbar.az) Bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir.
Bu kimi hallarla rastlaşdıqda Mərkəzi Bankın rəsmi internet səhifəsindən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur", - rəsmi məlumatda vurğulanıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Noyabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















