Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib
Icma.az, Reyting.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” və “R.T.Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında” məsələlər müzakirəyə çıxarılıb.
Reyting.az xəbər verir ki, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunması təklif edilib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir.(APA)
![see](https://icma.az/template/assets/label.png)
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib
07 Noyabr 2024 12:36
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər TƏYİN EDİLDİ
07 Noyabr 2024 12:48
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edildi
07 Noyabr 2024 12:56
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib AzPolitika onlayn siyasiictimai qəzet
07 Noyabr 2024 16:55
ATİBin İdarə Heyətinə yeni üzvlər seçilib
23 Dekabr 2024 12:42
![see](https://icma.az/template/assets/see.png)