Icma.az
close
up
RU
Mərkəzi Bankın indiki modeli çürüyüb İqtisadçıdan sərt tənqid

Mərkəzi Bankın indiki modeli çürüyüb İqtisadçıdan sərt tənqid

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının (MB) İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib”.
Bakupost.az xəbər verir ki. bu sözləri “Real” partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki səhifəsində yazıb.
N.Cəfərli qeyd edib ki, Mərkəzi Bank kommunikasiya məsələsini xeyli düzəldib deyə, qərarlarını öncədən proqnoz etmək asanlaşıb, bu faiz endirimi də gözlənilən idi: Makroiqtisadiyyatı qoyaq kənara, faiz endiriminin sadə vətəndaşa, və ya, biznesə təsiri varmı – gəlin bu məsələni araşdıraq.
Azərbaycanda iqtisadi sistem çox primitiv, bazar alətləri və institutlarının zəif olduğuna görə MB-ın faiz qərarlarının iqtisadiyyata təsirləri çox az olur. Onu da deyim ki, manat dollara pərçimləndiyənə görə, ABŞ-da FED nə qərar verirsə, bizim MB da o yöndə qərarlar alır”.
İqtisadçı bildirib ki, dünyada MB-lar faizi aşağı salanda nə olur – bəli, pul (likvidlik) bolluğu artır, kredit faizləri aşağı düşür: “Bu formul Azərbaycanda işləyirmi – demək olar ki, yox, işləmir. Məsələn, 2014-cü ildə uçot dərəcəsi 3,5% olub, amma, istehlak və biznes kreditləri ikirəqmli idi, 14-24% arası dəyişirdi. Devalvasiyalardan sonra, 2016-17-cı illərdə MB-ın uçot dərəcəsi 15% oldu – yaxşı, kredit faizlərinə təsir etdimi, cüzi təsiri oldu, kredit faizləri 18-28% arası dəyişirdi.
Yəni, uçot dərəcəsi 2 ildə 5 dəfəyə yaxın artdı, amma, kreditlərin faizi cəmi 4-5% arası artım göstərdi. 2019-da uçot dərəcəsi 9% civarında idi, kredit faizləri isə ciddi azalma göstərmədi. Misalları uzada da bilərəm, amma, düşünürəm ki, mahiyyəti anladınız”.


İqtisadçı iddia edir ki. bu gün Azərbaycanda uçot dərəcəsi, lap 4-5% də olsa, kreditlər ucuzlaşmayacaq: “Kreditin ucuzlaşması üçün depozit faizləri də azalmalıdır – indi banklar 9-10% civarında depozitə faiz verirlər, onlar bu faizi 3-4%-ə salsalar, banklara pul qoyan olmayacaq, sərbəst pul kütləsi valyutaya gedəcək.
Tutalım, möcüzə oldu, banklar kreditləri 3-5% arasına çəkdilər, o zaman nə olacaq – deyim də, primitiv iqtisadi modelə malik məmləkətdə daxili istehsalla məşğul olmaq çətindir deyə, kredit alan da idxala girişəcək, bunun üçün atacağı ilk addım, yenə də manatı valyutaya çevirmək olacaq. Deməli, manata basqı artacaq ki, məzənnəni inzibatı yolla indiki nisbətdə saxlamaq mümkün olmayacaq”.
“Azərbaycanda Mərkəzi Bankın requlyativ alətlətlərinin işlək və iqtisadiyyata müsbət təsirlərinin olması üçün ilk növbədə indiki primitiv iqtisadi model dəyişməlidir. İki borudan sallanan, büdcə xərcləmələri ilə aktivliyi olan indiki model çürüyüb, artıq çürüyüb...”, – deyə Natiq Cəfərli fikrini yekunlaşdırıb.
Cavid, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri