Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalıb? İqtisadçı açıqladı AzPolitika onlayn siyasi ictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
2024-cü ildə Azərbaycanda 2017-ci ildən bəri ilk dəfə Mərkəzi Bankın valyutya ehtiyatları azalıb. Əgər 2023-cü ilin sonuna Mərkəzi Bankın strateji ehtiyatları 11613 milyon dolar olmuşdusa, 2024-cü ilin sonuna 10959,5 dollara enib. Ortada 635,5 milyon dollar azalmadan söhbət gedir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisadçı Zöhrab İsmayıl məlumat verib.
Onun sözlərinə görə, azalma prosesi əslində 2024-cü ilin sentyabrından sonra başlayıb. Mərkəzi Bankın valyuta hərracları haqda məlumatları izləyənlər bilir ki, 2024-cü ilin xüsusilə III rübündə satışlar artmışdır.
Zöhrab İsmayıl Mərkəzi Bankın valyuta ehtiyatlarının səbəblərini belə izah edir: “Azərbaycan iqtisadiyyatındakı böhran neft hasilatı azaldığı bir dövrdə neft qiymətləri bir az aşağı düşən kimi özünü büruzə verir və valyuta bazarında manatın mübadilə kursunu qorumaq üçün Mərkəzi Bankın müdaxiləsinə ehtiyac yaranır. Bunun da dərin səbəbləri var ki, onlardan biri ölkədən rəsmi və qeyri-rəsmi kapital axınıdır. Bu proses də 2022-ci ildən xeyli intensivləşib”.
“AzPolitika.info”
Baxış sayı:68
Bu xəbər 22 Yanvar 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















