Icma.az
close
up
RU
“Mərkəzi Gömrük Hospitalı​nda pulsuz adama salam da vermirdilər” Hakim əsəbiləşdi

“Mərkəzi Gömrük Hospitalı​nda pulsuz adama salam da vermirdilər” Hakim əsəbiləşdi

Icma.az, Manset saytına istinadən bildirir.

Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonu ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəmə araşdırması qaldığı yerdən davam edib.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda xanımların əməlindən zərərçəkənlər dindirilib.

Zərərçəkmişlərdən biri bu cinayətə görə həyat yoldaşını itirdiyini deyən Kamil Əhmədovdur. Kamilin həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkib. Onu hazırda təqsirləndirilənlərlə Mərkəzi Gömrük Hospitalı​nın həkimi Mir Cəlal Kazımi tanış edib: “Mir Cəlal həkim ilk müayinədən sonra yoldaşımın sirrozdan əziyyət çəkdiyini dedi. Bir müddət sonra əlavə xəstəliklər ortaya çıxdı. İlk dəfə Mir Cəlal həkim həyat yoldaşımı bağırsaqdan əməliyyat etdi. Üstündən bir müddət keçəndən sonra zəng elədi ki, bəs, təcili qaraciyər köçürülməsi olmalıdır. Bunun üçün də donoru biz tapmaq şərti ilə 46 min manat lazımdır. Guya bizə köməklik üçün bir nəfər xeyriyyəçini təklif etdi. Aysel Məmmədovanın nömrəsini verdi. Aysellə ilk danışığımız çox ümidverici oldu. Dedi ki, 23 min manat siz verirsiniz, qalan 23 minini də biz qarşılayırıq. Mən də dərhal həmin pulu verdim”.

Kamilin sözlərinə görə, pulu verəndən sonra iş uzanmağa başlayıb. Hər dəfə müxtəlif bəhanələrlə əməliyyat yubadılıb: “Bunlardan bir nəticə əldə edə bilmədiyimizi görüb evimi sataraq pulu düz-qoş elədim. Həmin pulla Mir Cəlal həkim həyat yoldaşımı əməliyyat elədi. Amma bir neçə gün sonra yoldaşım elə xəstəxanada vəfat etdi.

Artıq 23 min manatın 10 minini Ayselin atası ödəyib. Qalan 13 mini də ondan tələb edirəm”.

Zərərçəkmişin başına gətirilənlər cinayət işini araşdıran hakim Azad Məcidovu da hiddətləndirib. Hakim özünün də Mərkəzi Gömrük Hospitalı​nda müalicə edildiyi günləri xatırlayıb: “O vaxt mən koronavirusa yoluxmuşdum. Vəziyyətim pis idi. Belə qərara gəldik ki, Gömrük Hospitalında müalicə alım. Təsəvvür edirsiniz, hara addım atırsan, pul istəyirdilər. Pulsuz adama salam da vermirdilər. 41 dərəcə qızdırmada idim. Deyirəm ölürəm, yardım edin, baxmamış pul istəyirdilər. Yəni demək istəyirəm ki, pulsuz heç kim, heç nə etmədiyi halda təqsirləndirilən şəxslər 23 min manatı niyə ödəyəcəklərini deyiblər? Hansı yolla? Çox maraqlıdır. 

Zərərçəkmişin başına gələnləri görürük. Bəlkə siz (təqsirləndirilən şəxslərə xitabən) işə qarışmasaydınız, bu kişinin həyat yoldaşı sağ qalacaqdı”. 

Prosesin davamında zərərçəkmiş Faiq Nəcəfov ifadə verib. Onun övladı talassemiyadan əziyyət çəkir. Əməliyyat üçün təqsirləndirilənlərə 5 min 100 manat verib. Həmin pul da xanım müttəhimlər tərəfindən ələ keçirilib. 

Xatırladaq ki, ittihama görə, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər. Qadınların üçü də həbsdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 15 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri