Icma.az
close
up
RU
Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs ARAŞDIRMA KONKRET

Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs ARAŞDIRMA KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər dünyada iri şəhərlərin inkişafında əsas prioritetlərdən biri ətraf mühitin ekoloji tarazlığını qorumaq və ictimai-yaşıllıq məkanlarını artırmaqdır. Bu tendensiya xüsusilə əhalisi sıx və sürətli urbanizasiya mərhələsində olan şəhərlərdə aktuallığını qoruyur.

Paytaxt Bakı da bu qlobal tendensiyaya qoşularaq, son illərdə urban mühitin transformasiyası istiqamətində mühüm layihələr həyata keçirir. Paytaxtın tarixi silueti, memarlıq irsi və mədəni landşaftı qorunmaqla, şəhərin daha funksional, ekoloji cəhətdən dayanıqlı və sosial baxımdan inklüziv olması üçün genişmiqyaslı planlama prosesi icra olunur. Bu baxımdan, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” gələcəyin Bakısını formalaşdırmaq üçün əsas yol xəritəsi rolunu oynayır. Baş planın əsas prioritetlərindən biri şəhərin mərkəzində yaşıl və ictimai məkanların genişləndirilməsi, eyni zamanda, tarixi məkanların və urban irsin qorunmasıdır. Bu yanaşma ilə həyata keçirilən Mərkəzi Parkın genişləndirilməsi layihəsi, təkcə, estetik və funksional baxımdan deyil, həm də sosial və ekoloji cəhətdən dəyərli təşəbbüs kimi çıxış edir. Mərkəzi Park, sadəcə, yaşıllıq sahəsi deyil, müasir Bakının yeni nəfəsidir. O, insanla şəhər arasında olan münasibəti yenidən qurmağa, yerli sakinlərin həyat keyfiyyətini artırmağa və paytaxtın memarlıq kimliyini müasir urbanizasiya ilə harmoniyada inkişaf etdirməyə yönəlmiş strateji layihədir. Yaşıl fəza ilə ictimai həyatın kəsişdiyi bu məkan Bakının gələcək vizyonunun parlaq nümunəsinə çevrilməkdədir. Parkının genişləndirilməsi yalnız yaşıllıq sahəsinin artırılması deyil, eyni zamanda, şəhərin sosial, memarlıq və ekoloji mühitinə inteqrasiyanı nəzərdə tutan çoxşaxəli təşəbbüsdür.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, Bakı şəhərinin ekoloji və şəhərsalma baxımından inkişafına yönəlmiş aparıcı layihələrindən biri olan Mərkəzi Parkın genişləndirilməsi ilə bağlı araşdırmasını təqdim edir.

Parkın mərhələli inkişafı: 2019-dan bu günə

Mərkəzi Parkın salınması ideyası şəhərin mərkəzində funksional, ekoloji və sosial cəhətdən faydalı ictimai fəzanın yaradılması zərurətindən doğub. Bu təşəbbüs təkcə ətraf mühitin sağlamlaşdırılması deyil, həm də paytaxtın memarlıq simasının müasirləşdirilməsi və sakinlərə daha keyfiyyətli urban mühit təqdim etmək məqsədi daşıyır. Parkın birinci hissəsinin açılışı 2019-cu il may ayında olub. Bu mərhələdə infrastruktur baxımından geri qalan keçmiş “Sovetski” adlandırılan ərazi sökülərək, yerində müasir tələblərə cavab verən geniş park məkanı yaradılıb. İlk mərhələ şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb, çünki bu zonada ilk dəfə idi ki, belə geniş ictimai istirahət sahəsi formalaşdırılmışdı. Burada gəzinti yolları, oturacaqlar, fəvvarələr və müasir landşaft dizaynı park mədəniyyətində yeni standart yaradıb.

2022-ci və 2024-cü illərdə isə müvafiq olaraq parkın ikinci və üçüncü hissələri sakinlərin istifadəsinə verilib. Bu müddət ərzində parkın funksionallığı genişləndirilib. Artıq park yalnız gəzinti və istirahət deyil, həm də müxtəlif ictimai tədbirlər və ailəvi əyləncə üçün məkan kimi fəaliyyət göstərməyə başlayıb. Velosiped yolları, açıq hava idman zonaları, uşaq oyun meydançaları və sakit istirahət sahələri əlavə edilib. Park ərazisinin ətrafındakı nəqliyyat və piyadaların hərəkəti də optimallaşdırılıb. Şəhərin dinamik ritminə uyğun olaraq burada həm fəal, həm də sakit həyat tərzini dəstəkləyən sahələr yaradılıb. Həmçinin daha çox ağac əkilib, dekorativ bitki zolaqları yaradılıb və su elementlərinin sayı artırılıb. Hazırda parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, dördüncü hissədə parka metronun “Nizami” stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.

Tarix yaşıllığın içində yaşayacaq

Hazırda həyata keçirilən dördüncü mərhələ parkın ən geniş əhatəli və konseptual baxımdan zəngin hissəsi hesab olunur. Metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdıracaq. İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Zəngin biomüxtəliflik sayəsində şəhər mərkəzində ekoloji təmiz və istirahət üçün münasib mühit və ictimai məkanlar yaradılacaq.

Park ərazisində böyük süni gölün də yaradılması nəzərdə tutulur. Bu göl ətrafında xüsusi aktivlik yaratmaqla, təkcə parkın deyil, Bakının ən cəlbedici elementlərindən biri olacaq. Gölün yerləşdiyi zonada əkiləcək bitkilər və güllər ərazinin estetikasına əlavə dəyər qatacaq.

Funksional olaraq, parkın dördüncü hissəsində rekreasiya, gölkənarı istirahət, idman, mədəni tədbir zonaları və uşaq oyun meydançaları nəzərdə tutulur. Layihədə ətrafdakı yaşayış zonaları və nəqliyyat infrastrukturu ilə əlaqələndirməyə xüsusi diqqət yetiriləcək.

Ərazidə mövcud olan tarixi tikililərin yeni funksiyalarla zənginləşdirilərək yenidən qurulması və parka inteqrasiyası planlaşdırılır. Nəqliyyat axınının optimallaşdırılması məqsədilə parkın ərazisində qapalı avtodayanacağın təşkili nəzərdə tutulur.

Eyni zamanda, “Təzə Pir” məscidi ətrafındakı və Baş planla ictimai-işgüzar zona kimi müəyyən edilmiş ərazidə tarixi məhəllənin də Bakının özünəməxsus şəhərsalma və memarlıq nümunəsi kimi ətraf mühitə və yeni şəhərsalma strukturuna inteqrasiyası üçün müasir standartlara uyğun abadlaşdırılması və yenidən qurulması planlaşdırılır. Layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur. Burada, eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaşıl zonalar, mədəniyyət ocaqları, əlverişli infrastruktur yaradılacaq.

Qeyd edilən işlər paytaxtımızın unikal tarixi və memarlıq siması saxlanılmaqla, Baş plana və müasir şəhərsalma standartlarına uyğun olaraq daha da inkişaf etdirilməsi, rahat, mobil və yaşıl şəhərə çevrilməsi istiqamətində atılan növbəti önəmli tədbirlər sırasındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Avqust 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri