Icma.az
close
up
RU
“Mərmər soyuğu” daha iki mükafat aldı

“Mərmər soyuğu” daha iki mükafat aldı

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Mərmər soyuğu” daha iki mükafat aldı

Tammetrajlı bədii film “Mərmər soyuğu” (Mərmər kimi soyuq), Mərakeşin Zağora şəhərində keçirilmiş 18-ci Beynəlxalq Transsahara Kino Festivalında iki mükafata layiq görülüb.

 OLAY yazır ki, bu barədə Trend Life məlumat yayıb.

Festivalın müsabiqə və müsabiqədənkənar proqramlarında Azərbaycan, Əlcəzair, Belçika, Konqo, Misir, İordaniya, İran, İtaliya, Qazaxıstan, Kamerun, Kanada, Kuba, Madaqaskar, Mərakeş, Oman, Rusiya, Seneqal, Tacikistan, Toqo, Tunis, Filippin və Fransa filmləri iştirak edib.

Tammetrajlı filmlər üzrə müsabiqənin münsiflər heyətinin qərarına əsasən, “Ən yaxşı aktyor” nominasiyasında qalib, filmin baş rol ifaçısı, Azərbaycanın xalq artisti Qurban İsmayılov olub. Film isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Digər mükafatlar:

“Ən yaxşı film” – “Talaq”, rejissor Daniyar Slamat (Qazaxıstan)

“Ən yaxşı rejissor” – Faozi Bensaidi (Mərakeş, “Səhra”)

“Ən yaxşı aktrisa” – Aminata Sarr (Belçika, “Talia Səyahəti”)

Film haqqında:

“Mərmər soyuğu” (2022) filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Baku Media Center və Fransanın Arizona Films şirkətinin birgə istehsalıdır.

Baş prodüser: Arzu Əliyeva

Ssenari müəllifləri: Asif Rüstəmov və Rulof Yan Minnebo (Niderland)

Rejissor: Asif Rüstəmov

Operatorlar: Oqtay Namazov və Adil Abbasov

Quruluşçu rəssam: Rafiq Nəsirov

Səs rejissoru: Orxan Ağalarov

Prodüserlər: Fariz Əhmədov, Orman Əliyev, Balaş Qasımov və Giyom de Seyl

Kreativ prodüser: İradə Bağırzadə

Film uğursuz rəssam və onun sevdiyi qadın arasındakı münasibətlərdən bəhs edir. Həbsdən qayıdan ata, oğlunun həyatına müdaxilə etməyə çalışır. Baş rollarda: Azərbaycanın xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Nətavan Abbaslı.

Film daha əvvəl Estoniya, Hindistan, Qazaxıstan, Fransa, Bolqarıstan, Yunanıstan, Serbiya, Rusiya və Almaniyada keçirilən beynəlxalq kino festivallarında uğurla nümayiş etdirilib və müxtəlif nominasiyalarda mükafatlar qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://olay.az
archiveBu xəbər 10 Yanvar 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see284

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see266

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see264

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see258

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see251

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see239

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see229

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see228

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see228

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see227

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see225

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see220

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see214

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see212

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see211

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see208

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see202

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see194

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see181

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri