Icma.az
close
up
RU
Mertsin uğursuzluğu millətçiləri ruhlandırıb VİDEO

Mertsin uğursuzluğu millətçiləri ruhlandırıb VİDEO

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Alisa Vaydel sadəcə dərrakənin rəhbər tutulması ilə bağlı müraciət edə biləcəklkərini açıqlayıb.
“Merts gərək sadəcə olaraq istefa versin, ölkəmizdə yeni seçkilərə yol açılmalıdır. Seçki vədlərini pozan Mertsin kansler vəzifəsinə namizədliyinin irəli sürülməsi faktının özü Almaniyanın siyasi vəziyyətini xarakterizə edir. AfD Almaniya hökumətinə rəhbərlik etməyə və ölkəni baş-ayaq qoymağa hazırdır”, - xanım Vaydel bildirib.
Qeyd edək ki, bundan əvvəl mühafizəkar Xristian Demokratlar İttifaqı və Xristian Sosialistlər İttifaqı blokunun (XDİ/XSİ) namizədi Fridrix Merts ilk turda Almaniya kansleri seçilmək üçün Bundestaq deputatlarının mütləq əksəriyyətinin səsini qazan bilməyib. Səsvermə zamanı Mertz zəruri olan 316 səsdən 310-nu ala bilib. Bundestaqın 630 üzvündən 307-si onun əleyhinə səs verib.
Vəziyyətin onun xeyirnə dəişməsi üçün daha iki turun keüçirilməsinə ümid bəsləmək olardı. Lakin Almaniyanın “Bild” nəşrinin XDİ/XSİ fraksiyasındakı mənbələrə istinadən yazdığına görə, Fridrix Merts sabah keçirilməsi nəzərdə tutulan səsvermədən imtina edib.
Belədə sabah Almaniya yeni kansler almayacaq. Mertsin isə mayın 7-də planlaşdırdığı bütün xarici səfərləri sual altındadır. O, Parisə, sonra Varşavaya getmək niyyətində idi.
Maraqlıdır ki, Almaniya tarixində heç vaxt seçkilərdən və uğurlu koalisiya danışıqlarından sonra qalib gələn partiyanın namizədinin səsvermədə iştirak etməməsi presedenti olmayıb.
- Təklif olunan şəxs seçilməzsə, Bundestaq seçkidən sonra 14 gün ərzində öz üzvlərinin mütləq səs çoxluğu ilə Federal kansleri seçə bilər”, - Almaniya Konstitusiyasının 63-cü maddəsində bildirlir.
Almaniyanın ən məşhur partiyası “ekstremist” adlandırıldı Merts ikinci raundda qələbəyə inandığı halda, istənilən vaxt yenidən namizəd ola bilər. Digər namizədlər də iki həftə ərzində şanslarını sınaya bilərlər, lakin onların da 316 səs toplaması lazımdır. 14 gün ərzində kansler seçilməsə, dərhal səsvermənin yeni mərhələsi keçirilir və bu turda sadəcə maksimum səs toplayan şəxs qalib sayılır.
Xatırladaq ki, “INSA” ictimai rəyin öyrənilməsi institutu “Bild” nəşrinin sifarişi ilə AfD partiyasının qadağan edilməsi ilə bağlı sorğu hazırlamışdı. Respondentlərin 37%-i AfD-nin mümkün qadağasının əleyhinə, 48%-i isə lehinə olub. Digər 15% isə qərar verə bilməyib.
Sorğu Almaniyanın əks-kəşfiyyat idarəsi partiyanı mayın 2-də sağçı ekstremist təşkilat elan etdikdən sonra keçirilib. Respondentlərin 79%-i bu qərardan sonra AfD ilə bağlı fikirlərini dəyişmədiklərini, 10%-i isə bunun partiyaya münasibətinə təsir etdiyini söyləyib.
Yeri gəlmişkən, ABŞ-nin Dövlət katibi Marko Rubio Almaniya əks-kəşfiyyat idarəsinin bu qərarını sərt tənqid atəşinə tutub.
“Almaniya öz kəşfiyyat xidmətinə müxalifəti izləmək üçün yeni nəzarət səlahiyyətləri verdi. Bu, demokratiya deyil - maskalanmış tiranlıqdır. Əsl ekstremizm bu yaxınlarda keçirilən seçkilərdə ikinci yeru tutan məşhur AfD yox, ölümcül olan açıq sərhəd siyasətidir”, - ABŞ-nin Dövlət katibi vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri