Icma.az
close
up
RU
Merz yeni sanksiyaların dondurulmuş Rusiya aktivlərinə aid olacağını istisna etməyib

Merz yeni sanksiyaların dondurulmuş Rusiya aktivlərinə aid olacağını istisna etməyib

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Almaniya kansleri Friedrich Merz Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarının Avropada dondurulmuş Rusiya aktivlərini əhatə etmə ehtimalını istisna etməyib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Die Zeit" qəzetinə verdiyi müsahibədə bildirib.

"Biz bu məsələnin dəqiq nə şəkildə olacağını aydınlaşdırırıq. Əgər hüquqi cəhətdən mümkün olarsa, bu addımı atacağıq", - deyə Merz eyni zamanda, belə bir addımın Avropa maliyyə bazarları üçün risklər daşıdığını etiraf edib.

Ötən cümə günü, Finlandiyanın xarici işlər naziri Elina Valtonen, Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul etdikdən dərhal sonra yeni bir məhdudiyyətlər paketini hazırlamağa başlayacağını açıqlayıb. 17-ci paket çərşənbə günü Aİ ölkələrinin səfirləri tərəfindən təsdiqlənib və indi bu sanksiyalar Aİ xarici işlər nazirlərinin başçıları tərəfindən təsdiqlənməli və ehtimal ki, mayın 20-də qəbul edilərək qüvvəyə minəcək.

"Bloomberg" agentliyi əvvəlki dövrlərdə tətbiq edilən iqtisadi və ticarət məhdudiyyətlərinin olmadığı 17-ci sanksiyalar paketini yüngülləşdirilmiş adlandırıb, çünki Avropa Komissiyası Aİ ölkələrinin etirazlarını minimuma endirmək və paketi mümkün qədər tez qəbul etmək istəyib.

Aİ, Kanada, ABŞ və Yaponiya, xüsusi hərbi əməliyyatın başlanmasından sonra Rusiyanın təxminən 300 milyard dollar dəyərindəki aktivlərini dondurub. Bunlardan təxminən 5-6 milyard dollar ABŞ-da, qalan hissəsi isə Avropada, o cümlədən Belçikadakı beynəlxalq "Euroclear" platformasındadır. Burada 210 milyard dollar saxlanılır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova isə bildirib ki, əgər Rusiya aktivlərindən əldə edilən gəlirlər Ukraynaya köçürülərsə, Rusiya sərt şəkildə cavab verəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri