Icma.az
close
up
RU
Məscid hara, vida hara? Sənətkarlarımıza qarşı ayrıseçkilik

Məscid hara, vida hara? Sənətkarlarımıza qarşı ayrıseçkilik

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Xalq artisti Əminə Yusifqızının vida mərasimi acı bir həqiqəti üzə çıxardı: dünyasını dəyişən mədəniyyət, incəsənət xadimləri ilə vida mərasimləri necə, harada təşkil olunmalıdır? Bunun qaydası, mexanizmi necə olmalısdır? Vida vacibdirmi? Əgər bu olmalıdırsa, niyə bəzi adamlar üçün çox böyük zallarda – teatrda, mədəniyyət mərkəzlərində keçirilir, digərləri son mənzilə ya evindən, ya da məsciddən yola salınırlar? Ümumiyyətlə, məsciddə vida mərasimi keçirmək doğrudurmu? Oradakı mərasimi vida saymaq olarmı?

Azərbaycan mədəniyyətinə onillərlə xidmət etmiş, səhnənin, ekranın, unudulmaz simalarından biri olmuş Əminə Yusifqızı ilə vida mərasiminin məsciddə keçirilməsi nə dini, nə mənəvi, nə də mədəni baxımdan doğru deyildi.

Məscidlər ibadət yeridir. Orada dua oxunur, cənazə namazı qılınır, mərhumun ruhuna rəhmət dilənir. Məsciddə sənətkarla, müəllimlə, elm adamı ilə “vida mərasimi” keçirmək mərhumun sənətinə hörmətsizlik kimi görünür. Ən azından mən belə düşünürəm və bu gün gördük ki, belə düşünən də tək mən deyiləm. İnsanların çoxu sosial mediada eyni narazılığı dilə gətirdi: “Ömürünü səhnədə keçirmiş bir sənətkar səhnədən yola salınmalı idi”. Dominos pizza

Bir halda ki, ölkədə onlarla teatr, mədəniyyət evi, kinoteatr və mədəniyyət mərkəzləri var, nə üçün bir Xalq artistinin son mənzilə yola salınacağı yer məscid olur? Burada problemin əsas mərkəzlərindən biri də Mədəniyyət Nazirliyidir. Bu hadisə bir daha göstərdi ki, nazirlik bu cür məsələlərdə hələ də sistemsiz mövqe nümayiş etdirir. Dünən günortadan bu gün səhərə qədər Xalq artisti ilə vida mərasiminin harada keçiriləcəyi ilə bağlı nazirliyin nümayəndələri ilə əlaqə saxlamağa çalışsaq da, heç kim vida mərasiminin harada keçiriləcəyinə dair məlumat verə bilmədi. Belə çıxır ki, Xalq artisti dünyasını dəyişir, amma mədəniyyətin başında duran qurum bu hadisəyə laqeyd yanaşır.

Nazirliyin əsas vəzifəsi yalnız konsert, festival və təltif mərasimləri təşkil etmək deyil. O, həm də ölkənin sənətkarına dəyər vermək, onunla vidalaşmaq mədəniyyətini formalaşdırmağı bacarmalıdır. Düşünürəm ki, artıq mədəniyyət xadimləri üçün ayrıca vida zalı, rəsmi vida mərkəzi yaradılmalıdır. Bu, sadəcə rahatlıq üçün deyil, sənətə hörmət üçün də vacib göstəricidir. Hər dəfə bir sənətkarı itirəndə “harada vida mərasimi olacaq?” sualını düşünmək, “bəlkə teatrda, bəlkə məsciddə, ya da hansısa mədəniyyət mərkəzində olacaq” kimi tərəddüdlərlə yaşamaq biabırçılıqdır. Mədəniyyət nazirinin özü, müavinləri, idarə rəhbərləri, şöbə müdirləri olsa da, niyə hələ də bir incəsənət nümayəndəsi dünyasını dəyişəndə biz bu haqda ətraflı məlumat ala bilmirik? Rəsmi mail ünvanlarına da sorğu göndərdikdə aldığımız tək cavab “Məktubunuzu aldıq” olur. 

Bütün bunları aradan qaldırmağın bir üsulunu tapmağın vaxtı gəlib, çatıb.

Bu qədər illər ərzində neçə sənətkarımız dünyasını dəyişdi, bəziləri yüksək səviyyədə son mənzilə yola salınsa da, bəziləri nə üçün səhnədən yola salınmadı? Bəziləri teatrda, bəziləri mədəniyyət mərkəzində, bəziləri isə təəssüf ki, məsciddə son mənzilə yola salındı. Məscid nə qədər müqəddəsdirsə, onun da öz qaydası, öz məqsədi var. Oranı vida zalına çevirmək nə dini, nə mənəvi, nə də estetik baxımdan düzgündür.

Bir müddət əvvəl Əməkdar artist Tahir İmanov dünyasını dəyişdi. Onunla vida mərasimi DTX-nin Mədəniyyət Mərkəzində keçirildi. Eyni ölkədə, eyni sahənin nümayəndələrindən biri səhnədən, biri isə məsciddən yola salındı. Bu siyahını uzatdıqca uzada bilərəm...

Biz sənətkarlarımızı sevirik, onların yaradıcılığı ilə qürur duyuruq, amma onları layiqli şəkildə yola sala bilmirik. Bu, bir xalqın mədəni səviyyəsini göstərən ən acı mənzərədir. Mədəniyyət Nazirliyinin rəhbərliyinə açıq çağırış etmək lazımdır: “Sənətkarların son mənzilə yola salınması üçün rəsmi “vida mərkəzi” yaradın, hər dəfə belə hallarda yaranan xaosu aradan qaldırın, sənətkara yalnız sağlığında yox, ölümündən sonra da dəyər verin, yoxsa hər dəfə bir sənətkar itkisi ilə vicdanımız utanacaq”.

Hər şey bir kənara Əminə Yusifqızı çoxumuzun yaddaşında öz gözəl qiraətləri ilə qalıb. Onun səsi illərdir ki, poeziyanın nəfəsi idi. Necə ki, oxuyurdu “Bu dünya nərdivandır”. Özü də oktyabrın 9-da günorta saatlarında həyat nərdivanının son pilləsinə çatdı...

Bu dünya nərdivandı.

Qalxanda mehribandı

Enəndə nə yamandı.

Görüşdük pillələrdə,

Yolun yarısında biz.

O qalxırdı bu dəmdə,

Mən enirdim xəbərsiz.

Onu arzularına

Qaldırıdı nərdivan,

Məni xatirələrə endirirdi.

Bu zaman,

birimiz-günçıxana,

birimiz-günbatana…

Qalxa bilməzdim daha,

Nə o güc, nə o taqət.

O da enə bilməzdi.

Haqlı-haqsız, vermişdi

Öz hökmünü təbiət.

Gərək ya düşməyəydi

Bu görüş heç araya.

Ya o əvvəl gələydi,

Ya mən sonra dünyaya...

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri