Məsciddə namaz vaxtı pişiyi təpiklədi, həbs olundu VİDEO
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə məsciddə namaz qılarkən pişiyi təpikləyən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Hadisə Ərzurumdakı "Adalar" məscidində baş verib. Gecə namazı vaxtı məscidin içinə daxil olan bir pişik bir müddət zalda gəzişib. Heyvan dindarlardan birinə yaxınlaşdıqda, həmin şəxs onu ayağı ilə vurub.
Hadisə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kamera görüntülərində pişiyin zərbədən imama tərəfçırpıldığı, imamın isə baş verənlərə rəğmən namazına davam etdiyi görünür.
Video sosial şəbəkələrdə sürətlə yayılaraq ictimai qınağa səbəb olub. Ərzurum Baş Prokurorluğu heyvanların mühafizəsi qanunu çərçivəsində araşdırmalara başlayıb. Pişiyi təpikləyən şəxs artıq saxlanılıb. Ona hansı cəzanın veriləcəyi barədə hələlik məlumat yoxdur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 04 Sentyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















