Icma.az
close
up
RU
“Meşə qardaşları”nı kim “oyatdı”? Cavab tələb edən bir neçə sual

“Meşə qardaşları”nı kim “oyatdı”? Cavab tələb edən bir neçə sual

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Sərdar Cəlaloğlu: “Rusiya zaman-zaman bu cür destruktiv qüvvələrdən ölkəmizə qarşı istifadə edib”

Fevralın 3-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda terror aktının qarşısının alınması ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, Azərbaycan ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində sözügedən qurumların əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

Məlumatda o da vurğulanıb ki, əməliyyat aparılıb və silahlı müqavimət göstərənlər zərərsizləşdirilib. Yaxalananlar barədə isə müvafiq maddələrlə cinayət işi açılıb, barələrində həbs qətimkan tədbiri seçilib.  Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təxminən 10 ildir Azərbaycanda fəaliyyəti dayandırılan “Meşə qardaşları” radikal terrorçu qrupu yenidən aktivləşməsinin səbəbləri haqqında müxtəlif fikirlər səsləndirilir. Ekspertlər hesab edirlər ki, Azərbaycanda terror törətmək istəyən xarici qüvvə yenidən şimaldakı terror qruplarını “oyatmağa” cəhd göstərir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, siyasətçi Sərdar Cəlaloğlu mövzu ilə bağlı AYNA-ya bildirib ki, Azərbaycanda terrora cəhdlər də, terror aktlarının törədilməsi də ilk deyil:

- Azərbaycan müstəqillik əldə etdikdən sonra 10-15 dəfə ağır terror hadisələri baş verib. Xəzərdə gəmi, Qazaxda avtobus partladılıb, Bakı metrosunda 2 dəfə terror aktı həyata keçirilib, o vaxtkı Neft Akademiyasında terror törədilib. Eyni zamanda, ayrı-ayrı fiqurlara qarşı – Afiyəddin Cəlilova, Ziya Bünyadova, Elmar Hüseynova, Rail Rzayevə, Rövşən Əliyevə, Fətulla Hüseynova qarşı sui-qəsdlər edilib ki, bu hadisələr də terror aktıdır. Həmçinin onlarla terror aktı hazırlıqlarının qarşısı alınıb. Demək istəyirəm ki, zaman-zaman terror hadisələri baş verib, cəhdlər olub. Amma indi “Meşə qardaşları” adlı terror qruplaşmasının hazırlıqlarının ifşa olunması, dəlillər onu göstərir ki, bu qrupun məqsədi cəmiyyətdə sarsıntı yaratmaq, çaxnaşmaya səbəb olmaq, xof yaratmaq olmayıb. Bu, daha çox siyasi məqsədli terror hazıqlığı olub. Məqsəd də Azərbaycan dövlətini sarsıtmaq, dövlət çevrilişinə nail olmaq olub. Necə ki, İrana bağlı bir qrup “Kərimə dövləti” yaratmaq niyyəti ilə hazırlıqlar görürdülər, onun da qarşısı alındı, “Meşə qardaşları” da bu cür əmələ hazırlıq görürmüşlər. Məsələ budur ki, “Meşə qardaşları”nın məqsədi sadəcə terror aktı törətmək deyil, İŞİD kimi, digər radikal terrorçu təşkilatlar kimi  dini dövlət yaratmaqdır. Azərbaycan hüquq-mühafizə orqanlarının bunun qarşısını vaxtında alması, qrupun ifşası və profilaktik əməliyyatların davam etdirilməsi onu göstərir ki, ölkəmizin təhlükəsizliyinə qarşı təhdidlər qalmaqdadır.

Həmçinin hesab edirəm ki, ölkənin quru sərhədlərinin hələ də bağlı qalmasında bu kimi amillərin rolu var. Prezident bir neçə dəfə Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını təhlükələrlə əlaqələndirmişdi. Görünür ki, doğrudan da Azərbaycan xalqı və dövləti üçün real təhlükə mövcuddur və onların qarşısının alınması üçün tədbirlər görülür. Şimal sərhədlərində blok-postların qurulması ilə bağlı xəbərlər də bundan qaynaqlanır. Düzdür, blok-postların qurulması rəsmi şəkildə təkzib edildi, amma sərhədlərdə “Sipər” adlı profilaktik tədbirlərin görüldüyü təsdiqləndi. Yəni təhdidlər var. Amma bu məsələ ilə bağlı suallar da mövcuddur.

- Hansı sualları nəzərdə tutursunuz?

- Burada  bir neçə suala cavab verilməlidir. Birincisi, həmin terrorçu qruplaşmanın əldə etdiyi silah-sursatın mənbəyi haradır, hansı ölkədir? İkincisi, bu silah-sursat necə olub ki, bu radikal qruplaşmanın əlində cəmlənib. Məlumdur ki, bu silahların qiyməti kifayət qədər bahadır. Bu qədər vəsaiti haradan əldə ediblər? Eyni zamanda, onlar meşədə yeraltı sığınacaq yaradarkən, o sığınacağa silah-sursat toplayarkən həmin əraziyə nəzarət etməli olan polis, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, eləcə də o kəndin ziyalıları, özünü Azərbaycan vətəndaşı niyə xəbər tutmayıblar, yaxud necə xəbər tutmaya bilərlər? Hər halda, o sığınacaq bir günün içərisində yaranmayıb, silah-sursat da bir günün içərisində toplanmayıb. Hesab edirəm ki, bu suallara cavab verilməlidir.

Eyni zamanda, bu suala da cavab tapılmalıdır ki, “Meşə qardaşları” radikal qruplaşmasını hansı dövlət aktivləşdirib? Çünki dünyada qəbul edilmiş məsələ var: heç bir terror təşkilatı xarici dövlətdən dəstək almadan müstəqil fəaliyyət göstərə bilməz. Onda bu suala cavab tapılmalıdır ki, bu terror təşkilatının arxasında hansı xarici dövlət dayanıb, məqsədi nə olub? Onların aktivləşdirilməsi, silahlandırılması başqa bir gücün hesabınadır. Yoxsa zərərsizləşdirilən və yaxalanan 5-10 nəfərin bu qədər silah-sursat toplaması, sığınacaq tikməsi, uzun müddət meşədə yaşaması dəstəksiz, özbaşına mümkün deyil.

- Sizin ehtimalınız maraqlıdır, “Meşə qardaşları”nı aktivləşdirən, arxasında dayanan xarici dövlət hansıdır?

- Mənim ehtimalım odur ki, bu qruplaşmanın arxasında Rusiya dayanır. Şimaldakı qruplaşmaları hərəkətə gətirmək, Azərbaycan əleyhinə qaldırmaq Rusiyanın siyasəti olub. Rusiya zaman-zaman bu cür destruktiv qüvvələrdən ölkəmizə qarşı istifadə edib. Bayaq dediyim terror aktlarının araşdırmalarının, tədqiqatının bir ucu Rusiyaya gedib çıxıb, bağlantılarının Rusiyada olduğu məlum olub. Həmin terror aktlarını törədənlər araşdırmalarla məlum olmuşdu ki, bir müddət Rusiyada qalıblar, bu ölkənin müxtəlif bazalarında təlim keçiblər və s. Eləcə də tapşırıqları, partlayıcıları Rusiyadan aldıqları üzə çıxmışdı. Bu qədər faktlar göstərir ki, “Meşə qardaşları”nı da hərəkətə keçirən, “oyadan” Rusiyadır. Moskva son vaxtlar  Azərbaycanla Rusiya arasında yaranan soyuq münasibətlə bağlı Bakıya təzyiqlər etməyə çalışır. Rusiya yenidən Azərbaycanı öz təsir dairəsində saxlamağa cəhd edir.

- Sizcə, bu niyyətinə Rusiya nail ola bilərmi?

- Düşünmürəm ki, Rusiyanın bu təzyiqləri effekt verəcək. Rusiya bundan sonra Azərbaycanı özünün imperiya maraqlarına tabe etdirə bilməz. Azərbaycan rəhbərliyinin atdığı addımlar da buna imkan verməyəcək.

Baxın, beynəlxalq hüquqda dövlətlər arasında münasibətlər qarşılıqlı faydalılığa əsaslanır. Bu gün Rusiya ilə Aszərbaycan arasında bu prinsiplər pozulub. Azərbaycanda 100-ə yaxın məktəbdə tədris rus dilindədir, amma Rusiyada bir dənə də olsun Azərbaycan məktəbi yoxdur.Azərbaycanda onlarla Rusiyanın mədəniyyət mərkəzi fəaliyyət göstərir, amma Rusiyada bir dənə də olsun belə mərkəz yoxdur. Hansı ki, 100 ildən artıqdır Rusiya mədəniyyət mərkəzləri, “Rus evi” adlandırılan qurumlar Rusiyanın imperiya siyasətinə xidmət edir, casus yuvası fəaliyyəti göstərir, Rusiyanın xüsusi xidmət orqanlarına bağlıdırlar. Demək olar ki, bütün ölkələrdə “Rus evi” adı altında casus fəaliyyəti göstərən qurumlar bağlanıb, onların əməlləri ifşa edilib. Hesab edirəm ki, Azərbaycan da bua ddımı atmalıdır və atacaq. Artıq bu gün (dünən-red) “Rus evi” ilə bağlı Rusiya səfirinə nota təqdim edilib. Məlumatlar var ki, bu casus yuvaları nəzarətə götürülüb. Birdəfəlik ləğvinə isə çox qalmayıb. Eyni zamanda, rusdilli məktəblər də ləğv edilməlidir. Nəyə görə Azərbaycan insanının vergisi hesabına formalaşan büdcədən rus dilində tədrisə vəsait ayrılmalıdır? Bu, faktiki olaraq Konstitusiyamıza ziddir. Məsələ barədə dəfələrlə danışmışam, çağırışlar etmişəm, ona görə təkrarlamaq istəmirəm. Sadəcə anlamaq lazımdır ki, Rusiya bizə heç vaxt dost olmayıb. Azərbaycanda qarışıqlıq yaratmaq, terror törətmək də Rusiyanın yeni yox, köhnə siyasətinin tərkib hissəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:445
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri