Icma.az
close
up
RU
Brüssel Qarabağdan köçən erməniləri “oyatdı”

Brüssel Qarabağdan köçən erməniləri “oyatdı”

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aİ yenə də ikili oyun oynamağa davam edir; Ermənistan anlamır ki...

Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının iclasının yekununda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyində əks olunanlar revanşistləri ruhlandırıb. Yada salaq ki, həmin strateji sənəddə Qarabağdan öz xoşu ilə getmiş ermənilər zorla qovulmuş, didərgin salınmış kimi təqdim olunur. Bu həqiqəti təkzib etməklə Avropa Birliyi növbəti dəfə riyakar və ikili standart mərkəzi olduğunu sübut etdi.

Elə bu səbəbdən bir qrup revanşist və separatçı İrəvanda “Qarabağa dair” dinləmələr keçiriblər. Onlar “Qarabağın geri qaytarılması” və ermənilərin qayıdışı məsələsini müzakirə ediblər. Ümumiyyətlə, 2023-cü ilin sentyabrında Azərbaycan dövlətinin irəli sürdüyü reinteqrasiya planını qəbul etməyərək, könüllü şəkildə Ermənistana köçən ermənilər orada da dinc dayanmırlar. Eyni zamanda parlamentdə müxalif deputatların “artsax”ın əski parçası olan bayraqlarını qoyduğunu görmək mümkündür. Sirr deyil ki, Qarabağdan köçən ermənilər üzərindən Azərbaycana təzyiq etmək, hansısa formada ölkəmizə qarşı təhdid yolunu seçmək bəzi mərkəzlərin əlinə düşən fürsətdir.

Ermənistanın baş naziri Nikol Paşinyan son aylarda bir neçə dəfə açıq şəkildə vurğulayıb ki, Qarabağdan öz xoşu ilə köçmüş ermənilərin Azərbaycana qayıtması məsələsini qabartmaq sülh prosesinə ciddi zərər vurur. Baş nazirin bu cür açıqlamasına rəğmən, erməni revanşistlərin fəallığı haqlı suallar doğurur.

Təbii ki, həm Ermənistandan, həm də xarici ölkələrdən gələn təhdidlər “sabun köpüyü” effektindən uzağa getmir. Azərbaycanın əlində, necə deyərlər, “daşdan keçən” faktlar var. Dövlətimiz 44 günlük müharibəni öz ərazisində separatçılara və Ermənistan ordusuna qarşı aparıb. Dinc sakinlər hərbçilərimizin hədəfi olmayıb. Mümkün qədər mülki vətəndaşların zərər çəkməməsinə çalışıb. Nəticə də bunu sübut edir. Bəs Paşinyan hakimiyyəti separatçıların keçirdiyi bu tədbirlərlə bağı niyə addımlar atmır?

Günay Ağamalı

Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Yeni Müsavat”a dedi ki, “Brüsseldə Ermənistan-Aİ arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyində Qarabağdan öz istəyi ilə çıxmış ermənilərin "zorla qovulmuş" kimi təqdim edilməsi bir daha göstərdi ki, Avropa İttifaqı müəyyən dairələrin siyasi sifarişlərinə uyğun davranır və reallığı bilərəkdən təhrif edir: “Bu addım həm beynəlxalq hüquqa, həm də faktlara ziddir və regionda sülh prosesinə zərbə vurmaqdan başqa bir məna daşımır.

Məhz bu riyakar yanaşmanın nəticəsidir ki, uzun müddətdir gündəmdən düşmüş bəzi revanşist və separatçı qruplar yenidən hərəkətə keçərək İrəvanda “Qarabağa dair” dinləmələr keçirib, uydurma “qayıdış” iddialarını səsləndirirlər. Halbuki 2023-cü ilin sentyabrında Azərbaycan dövlətinin tam təminatlı reinteqrasiya planını qəbul etməyən və könüllü şəkildə Ermənistana köçən şəxslərin bu gün “zorakılıq” bəhanəsi ilə istifadə olunması siyasi manipulyasiyadan başqa bir şey deyil.

Ermənistan parlamentində separatçı simvolların nümayişi revanşist düşüncələrin əslində heç bir real dayağı olmayan, puç iddialardan ibarət olduğunu göstərir. Bu vəziyyət Paşinyanın son aylarda verdiyi “qayıdış məsələsini qabartmaq sülh prosesinə zərər vurur” açıqlaması ilə ziddiyyət təşkil edir və belə fəaliyyətlərin niyə qarşısının alınmadığı sualını aktuallaşdırır.

Azərbaycanın mövqeyi tam, açıq və hüquqa əsaslanır. 44 günlük Vətən müharibəsi Azərbaycanın öz ərazisində, separatizmə və Ermənistan ordusuna qarşı aparılıb. Azərbaycan Ordusu heç zaman mülki vətəndaşları hədəfə almamış, əksinə, mülki itkilərin minimum olması üçün bütün tədbirləri görmüşdür. Faktlar, sübutlar və obyektiv hesabatlar bunu təsdiq edir.

Separatçı dairələrin və xarici mərkəzlərin manipulyativ təhdidləri, əsassız iddiaları informasiya təxribatıdır və heç bir siyasi gücü yoxdur. Azərbaycan sülh gündəliyinə sadiqdir, heç bir təhdid, heç bir iddia Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünü və suveren hüquqlarını sual altına ala bilməz.

Sülh real faktlarla, qarşılıqlı etimadla və hüquqa əsaslanan münasibətlə mümkündür. Ermənistan revanşist dairələrin ucuz avantüralarına deyil, regionun gələcəyinə xidmət edən rasional mövqeyə üstünlük verməlidir".

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, separatçıların seçkiöncəsi fəallaşması təsadüfi deyil. Onun sözlərinə görə, revanşistlər bölgədə maraqları olan üçüncü qüvvələrin dəstəyindən maksimum yararlanmağa, beləliklə də hökumətə qarşı ciddi təzyiq yaratmağa və ictimai dəstək almağa çalışırlar.

Siyasi şərhçi hesab edir ki, Ermənistan və Avropa İttifaqı (Aİ) arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyində sülh prosesinə zidd olan məsələlərin yer alması da təsadüfi deyil: “Bu məsələ ilk növbədə Avropa ittifaqının maraqlarını özündə əks etdirir. Bilirsiniz ki, Avropa İttifaqı Fransanın "drijor çubuğu" ilə sülh prosesini pozmağa, Zəngəzur dəhlizinə alternativ yaratmaqla bölgədə iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışırdı. Amma Azərbaycan bütün təzyiqləri neytrallaşdırmağı bacardı. Vaşinqton Bəyannaməsinin imzalanması isə vəziyyəti kökündən dəyişdi. Yəni Azərbaycanın şərtləri Ermənistanla yanaşı, ABŞ tərəfindən də qəbul edildi. Tramp yolu adlanan dəhlizin açılması ilə bağlı razılıq əldə olunandan sonra Avropa İttifaqı diplomatik məğlubiyyətlə barışaraq, reallığı qəbul etdi və fərqli siyasət yürütməyə başladı. Avropa İttifaqı orta dəhliz layihəsindən yararlanmaqla bağlı niyyətlərini ortaya qoyub və prosesdən kənarda qalmaq istəmir. Ona görə də Avropa ittifaqı Qarabağdan öz xoşu ilə köçmüş ermənilərlə bağlı məsələni Ermənistan və Avropa İttifaqı (Aİ) arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyinə salmaqla Azərbaycan üzərində təzyiq rıçaqlarını saxlamağa çalışır. Təbii ki, bu, sülh prosesi ilə bağlı mənfi tendensiya yaradır".

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, revanşistlərin arxasında həm də Rusiya faktoru var: “Rusiya seçki ərəfəsində revanşistlərin güclənməsinə və parlamentdə daha çox yerə sahib olmalarına çalışacaq. Ona görə də hesab edirəm ki, bölgədə maraqları olan üçüncü qüvvələrin pərdəarxası mübarizəsi Ermənistanda siyasi proseslərə ciddi təsir edir. Paşinyan da prosesə mümkün qədər ehtiyatlı yanaşmağa çalışdığı üçün onun siyasi kursuna zidd olan məsələlərlə bağlı da konkret və qəti addım atmaqdan çəkinir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Dekabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri