Meşə yanğınları: Məşhur aktyor və arvadı evlərini qoyub qaçdılar
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Məşhur Hollivud aktyoru Corc Kluni və həyat yoldaşı Amal Kluni meşə yanğınları səbəbindən Fransanın cənub-şərqindəki Brignoles kommunasında yerləşən malikanələrini tərk ediblər.
Axar.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Məlumata görə, cütlük Brignoles merinə ünvanladıqları məktubda yerli sakinlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək evdən ayrıldıqlarını bildiriblər.
“Hazırda gözəl evimizin bu dəhşətli anda sağ qalıb-qalmayacağı barədə heç bir məlumatımız yoxdur. Brignolesdən təxliyə olunarkən iki şeyi vurğulamaq istəyirik: birincisi, ümid edirik ki, siz və şəhərimizin sakinləri təhlükəsizdir. İkincisi, nə olursa olsun, Amal və mən bu icmanın bir hissəsi olmaq və onun gələcək həyatında iştirak etmək üçün əlimizdən gələni edəcəyik”, - məktubda qeyd olunub.
Qeyd edək ki, bu il Avropa ölkələri anomal isti dalğaları ilə üzləşib. Ən çox ziyanı İspaniya, Portuqaliya, Fransa, İtaliya çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 30 İyul 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















