Icma.az
close
up
RU
Məsələ təkcə ali savad deyil Gənc jurnalistlərdən yaşıdlarına mesaj

Məsələ təkcə ali savad deyil Gənc jurnalistlərdən yaşıdlarına mesaj

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Media sahəsində çalışan gənc kadrlar da bu tarixin əsas simalarındandır. Onların yeni nəsillə bağlı düşüncələri və müşahidələri maraqlıdır. 

 Globalinfo.az bu məqsədlə bir neçə gənc media əməkdaşının təəssüratlarını öyrənib.

“Report” İnformasiya Agentliyinin əməkdaşı Gülçin Cəmil deyib ki, yeni nəsil Azərbaycan gəncinin savadlı olmaqdan başqa yolu yoxdur:

“Çünki dünya çox sürətlə dəyişir, süni intellekt, texnologiya və rəqəmsal imkanlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu prosesdə geridə qalmamaq üçün özüm daxil hər bir gənc daim üzərində işləməli, araşdırmalı və yeniliklərə açıq olmalıdır. Gənclərə demək istəyirəm ki, hər zaman axtarışda olsunlar, yaxşılara baxıb örnək götürsünlər, amma heç kimi təkrarlamasınlar və zamanın axınına tamaşaçı kimi yox, onun bir parçası, hətta yön verəni kimi qoşulsunlar”.

APA İnformasiya Agentliyinin müxbiri Gülcahan İmanqızı bildirib ki, gənclərimiz hər şeydən öncə hansı ölkənin vətəndaşı olduqlarını bilməli, Vətəninə və xalqına bağlı olmalıdırlar:

“Müasir dövrdə bəzi gənclər sosial mediada gördüklərini müasirlik hesab edirlər. Lakin bu, heç də belə deyil. Azərbaycan gənclərinə gözəl günlər arzulayıram. Qoy hər zaman gələcəyə pozitiv yanaşsınlar. Çünki gələcəyimiz öz əlimizdədir”.

Axar.az-ın müxbiri və Sosial Media Marketinq (SMM) mütəxəssisi Didəm Qədirova deyib ki, yeni nəsil Azərbaycan gənci tarixini yaxşı tanıyıb, gələcəyə açıq olmalıdır:

“Kim olduğunu bilməli, haradan gəldiyini unutmamalı, amma hara gedəcəyini də özü seçməlidir. Düşünən, araşdıran, sual verməkdən çəkinməyən biri olmalıdır. Hazır fikirlərlə kifayətlənməsin, hər deyiləni dərhal qəbul etməsin. Oxumağı sadəcə diplom üçün yox, dünyagörüşü üçün seçməlidir. Vətənpərvərlik, Vətən deyəndə ağlına ilk Qarabağ gəlməməlidir. Ayaq atdığı, havasını udduğu hər yerin Vətən olduğunu unutmamalıdır. Məsələ təkcə ali savadda deyil, Azərbaycan gənci fəhlə belə olsa, atalarımızdan gələn milli dəyərləri qoruyub saxlamalıdır. Güclü olub, mərhəmətini itirməsin, azad düşüncəli olsun, lakin dəyərlərinə də arxa çevirməsin. Ən əsası isə insan olaraq vicdanlı, dürüst və ümidli qalsınlar. Gənc olaraq gənclərə arzum budur: öz yolunu tap, amma bu yolu ləyaqətlə get”.

Mətbuat.az saytının əməkdaşı, yazar Sevinc İbrahimzadə bildirib ki, bu gün gənclərimizin qarşısında əvvəlki dövrlərlə müqayisədə daha geniş imkanlar var:

“İnternet, texnologiya dövrü yeni nəsil üçün öyrənmək, inkişaf etmək baxımından ciddi fürsətlər yaradır. Müstəqil və qalib bir ölkənin gənci olmaq həm də özünə inam, gələcəyə ümid və irəli baxmaq deməkdir. Ancaq gənclərin çoxu gələcəkləri ilə bağlı narahatlıq keçirir. Bu gün küçədə rast gəldiyimiz 20 yaşlı bir gəncdən “necəsən?” deyə soruşanda giley-güzar etməyə başlayır. Yaxud bəziləri sosial mediada mənasız kontentlərlə, qısaömürlü “məşhurluq”la yadda qalır. Düşünürəm ki, Azərbaycan gənci öyrənməyə, inkişaf etməyə və mübariz ruhda yetişməyə qadirdir. Təbii ki, hər şeyi yalnız təhsillə əlaqələndirmək də düzgün deyil. Çünki təhsili olmadan belə böyük nailiyyətlər qazanan insanlar var. Burada əsas bacarıq və istəkdir. Bəli, yol çətindir, amma asan olan nəyin dəyəri var ki? Məncə, Azərbaycan gənci öyrənməli, inkişaf etməli, daha savaşçı ruhda yetişməlidir. Qaçmaq əvəzinə mübarizə aparmalı, ölkəsinin adını və Azərbaycan bayrağını tanıtmağa çalışmalıdır. Ümid edirəm ki, böyüyən nəsil internet və texnologiya dövrünün imkanlarını düzgün dəyərləndirəcək, faydalı işlər görməyə çalışacaq. Ümid edirəm ki, gələcək nəsil qaçmağa yox, qalmağa və yaratmağa meyilli olacaq. Bütün gənclərə bol həvəs və sağlam can arzulayıram. Günümüz mübarək!”

Həmkarlarımızla yanaşı sözügedən sorğuda saytımızın gənc əməkdaşları da iştirak edib.

Saytımızın sosial müxbiri Zaira Akifqızı deyib ki, bu günkü tarix gənclərin cəmiyyətin inkişafında artan rolunu bir daha xatırladır:

“Hər bir gənc biliyi, enerjisi və təşəbbüskarlığı ilə ölkənin gələcəyinin formalaşmasında fəal iştirak etməlidir. Onların potensialının düzgün istiqamətləndirilməsi davamlı inkişaf üçün vacibdir. Deyirlər, gənc 29 yaşa qədər olan şəxslərə deyilir, amma mən razılaşmıram. Ətrafımda elə 50 yaşlı adamlar var ki, bəzi gənclərdən daha gəncdirlər. Sözün əsl mənasında özünü gənc hesab edən hər kəsin günü mübarək! Gənclərə yalnız gözəl, enerjili, pozitiv, sağlam və sevgidolu günlər arzu edirəm”.

Gənc siyasət yazarı, politoloq Turan Rzayev qeyd edib ki, Azərbaycan gənci olmaq qürurludur:

“Qürurlu olduğun qədər məsuliyyətli, bir o qədər də çətindir. Hər şeydən öncə müstəqil ölkəmiz var və bu gün dünya siyasi arenasında öz sözünü deyə bilir. Dünyada dövləti olmayan yüzlərlə xalq mövcuddur. O xalqın gəncləri milli dövlət məfhumundan məhrumdur. Bu isə zamanla milli kimliyin itməsi deməkdir. Azərbaycan gənci isə qürurla “Azərbaycanlıyam” deyə bilir. Başımız üstə üçrəngli bayrağımız dalğalanır. Azərbaycan gənci kimi həm də qalib bir nəsil olmağın qürurunu yaşayıram. Müqayisə üçün deyim ki, gəncliyi 1990-cı illərə təsadüf edən nəsil müstəqiliyimiz, daha sonra torpaqlarımızın düşmən tapdağına düşməməsi üçün çalışıb, canından keçirdi. Bizim nəsil isə öncə işğala məruz qalan torpaqlarımızı işğaldan azad etdi, ardınca da suverenliyimizin qorunub gücləndirilməsinə çalışırıq. Bu gün elə bir Azərbaycan gənci yoxdur ki, onun şəhid və ya qazi dostu, tanışı olmasın. Əgər o gənclər torpaqlarımızın işğaldan azad edilməsində canı və qanı ilə fədakarlıq etdilərsə, digər gənclər bu fədakarlığın qiymətini bilmək və nəsillərə ötürmək öhdəliyinə malikdir. Ona görə deyirəm ki, qürurlu olduğumuz qədər həm də məsuliyyətli olmalıyıq.

Gənclik həvəsdir, gənclik qanın qaynamasıdır, eyni zamanda gənclik müdrikliyə keçid dövrüdür. Biz gənc olsaq da, gəncliyimiz boyu gördüklərimizlə daha tez müdrikləşən bir nəsilik. İtkilərimiz gələcəyə əmin addımlarla addımlamaq, ölkəmiz və xalqımız üçün çalışma əzmi təlqin edir. Narahatlıqlar, qayğılar hər zaman olub, olacaq. Məsələ bu qayğıları, narahatlıqları aradan qaldırmaqdır. Bunu da edəcək olan yenə biz gənclərik. Gənclər Günündə bir gənc olaraq ölkəmizin rifahının daha da artmasını və hər zaman güclü, təhlükəsiz olmasını arzulayıram. Gələcək nəsillərin bir daha 20 Yanvar, Xocalı faciəsi, Mart qırğınları, Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları görməməsini arzu edirəm. Yetişən gənclərimizin Nobel Sülh Mükafatı qazanmasını, dünya şöhrətli yazıçı, rejissor, bəstəkar və sair olmasını arzulayıram”.

Saytımızın gənc Sosial Media Marketinq (SMM) mütəxəssisi İntiqam Əhmədov isə deyib ki, Azərbaycan gəncliyi bu gün yalnız gələcəyin ümidi deyil, artıq bu günün fəal və təsirli gücüdür:

“Gənclərimiz rəqəmsal mühitdə, təhsildə, idmanda, texnologiyada və yaradıcılıq sahələrində öz sözünü deməyi bacarır, cəmiyyətin inkişafında aktiv rol oynayır. Bugünkü Azərbaycan gənci daha çevik düşünən, yeniliklərə açıq və məqsədyönlüdür. Sosial media isə gənclər üçün sadəcə ünsiyyət vasitəsi yox, eyni zamanda özünü ifadə etmək, ideyalarını paylaşmaq və müsbət təsir yaratmaq üçün güclü platformadır. Bu imkanlardan düzgün istifadə edən gənclər həm özlərini, həm də cəmiyyətimizi irəli aparırlar. Gənclər Günündə bütün gənclərə demək istəyirəm ki, özünüzə və bacarıqlarınıza inanın. Daim inkişaf edin, öyrənməkdən çəkinməyin və dəyişən dünyaya uyğunlaşmaqdan qorxmayın. Azərbaycan gəncliyi olaraq bizim gücümüz bilikdə, birliyimizdə və gələcəyə olan inamımızdadır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Fevral 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri