Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Şuşa tarixin əzəmətindən Zəfərin zirvəsinə uzanan dirçəliş yolu ŞƏRH

Şuşa tarixin əzəmətindən Zəfərin zirvəsinə uzanan dirçəliş yolu ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan xalqının çoxəsrlik tarixində elə şəhərlər var ki, onların əhəmiyyəti coğrafi sərhədləri aşaraq milli kimliyimizin, mənəvi dəyərlərimizin və dövlətçilik yaddaşımızın ayrılmaz hissəsinə çevrilib. Şuşa məhz belə şəhərlərdən biridir. Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən 1752-ci ildə əsası qoyulan bu qədim şəhər qısa müddətdə regionun mühüm siyasi, hərbi və mədəni mərkəzlərindən birinə çevrilmişdir. Əlverişli strateji mövqeyi, dəniz səviyyəsindən təxminən 1400–1500 metr yüksəklikdə yerləşməsi, sıldırım qayalıqları və təbii müdafiə imkanları Şuşanı tarixən alınmaz qalaya çevirmişdir. Lakin Şuşanın böyüklüyü yalnız onun coğrafi mövqeyi və hərbi-strateji əhəmiyyəti ilə ölçülmür. Bu şəhər Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin ən mühüm beşiklərindən biri, milli ruhumuzun təcəssümüdür. Məhz burada yetişən görkəmli sənətkarlar, şairlər, musiqiçilər Azərbaycan mədəniyyətinin zənginləşməsinə misilsiz töhfələr vermişlər. Xüsusilə muğam sənətinin inkişafında Şuşanın müstəsna rolu şəhərə haqlı olaraq Qafqazın musiqi beşiyi adını qazandırmışdır. Xurşidbanu Natavan, Molla Pənah Vaqif, Üzeyir Hacıbəyli, Bülbül və digər görkəmli şəxsiyyətlərin adı bu şəhərin mədəniyyət tarixində silinməz iz qoymuşdur. Şuşanın təbiəti də onun özünəməxsus gözəlliyinin mühüm tərkib hissəsidir. Cıdır düzü, Daşaltı dərəsinin möhtəşəm mənzərəsi, İsa bulağının saf suları, Topxana meşəsinin zəngin təbiəti və Qarabağın rəmzinə çevrilmiş Xarıbülbül bu şəhərə xüsusi gözəllik bəxş edir. Xüsusilə Cıdır düzü əsrlər boyu xalq şənliklərinin, at yarışlarının və müxtəlif mədəni tədbirlərin keçirildiyi məkan olmaqla yanaşı, bu gün də milli yaddaşımızda xüsusi yer tutur. Xarıbülbül isə Şuşanın və bütövlükdə Qarabağın təbiətini, milli kimliyini və Zəfər ruhunu özündə birləşdirən rəmzə çevrilmişdir. Şəhərin memarlıq irsi də onun tarixi əzəmətini nümayiş etdirir. Şuşa qalası və qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Xan qızı Natavanın evi və bulağı, Molla Pənah Vaqifin məqbərəsi bu qədim şəhərin zəngin memarlıq ənənələrinin parlaq nümunələridir. Yerli ağ daşlardan istifadə, milli ornamentlər və özünəməxsus memarlıq üslubu Şuşanın hər küçəsinə, hər məhəlləsinə fərqli görkəm vermişdir. Bu abidələr yalnız daşdan və memarlıq elementlərindən ibarət deyil, xalqımızın tarixini, sənət zövqünü və mədəni yaddaşını yaşadan qiymətli irs nümunələridir.

Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan xalqının tarixinə ağır bir faciə kimi yazıldı. 28 ildən artıq davam edən işğal dövründə şəhərin tarixi-mədəni irsinə ciddi ziyan vuruldu, bir sıra abidələr dağıdıldı, Şuşa öz doğma sakinlərindən ayrı salındı. Bununla belə, xalqımızın qəlbində Şuşaya qayıdış ümidi heç vaxt sönmədi. Şuşa nə qədər uzaqda olsa da, hər bir azərbaycanlının yaddaşında, arzusunda və milli qürurunda yaşamağa davam etdi. 2020-ci il noyabrın 8-də isə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək Şuşanı işğaldan azad etdi. Mürəkkəb dağlıq relyefdə, sıldırım qayalıqlar və çətin keçidlər şəraitində həyata keçirilən Şuşa əməliyyatı hərb tariximizin xüsusi səhifəsinə çevrildi. Azərbaycan əsgərinin iradəsi, cəsarəti və döyüş əzmi düşmənin uzun illər ərzində qurduğu müdafiə mövqelərini darmadağın etdi. Bu Zəfər yalnız bir şəhərin azad edilməsi deyil, həm də Azərbaycanın tarixi ədaləti bərpa etmək əzminin, milli birliyinin və dövlətçilik iradəsinin təntənəsi idi. Şuşanın azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciəti zamanı səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözləri milyonlarla azərbaycanlının qəlbində əbədi yaşayacaq tarixi ifadəyə çevrildi. Şuşanın azad olunması müharibənin hərbi-siyasi gedişinə həlledici təsir göstərdi və Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalaması ilə nəticələnən prosesdə mühüm rol oynadı. Məhz bu səbəbdən noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur. Şuşanın azadlığı ilə başlayan yeni mərhələ şəhərin dirçəldilməsi, tarixi simasının qorunması və müasir tələblərə uyğun inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı işlərlə müşayiət olunur. Cənab Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu qədim şəhərə verilən yüksək dövlət qiymətinin ifadəsi oldu. Qısa müddətdə həyata keçirilən layihələr Şuşanın yalnız yenidən qurulmasını deyil, həm də öz tarixi-mədəni missiyasına qaytarılmasını təmin edir. Füzuli şəhərindən Şuşaya çəkilən Zəfər yolu şəhərin ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır. Bununla yanaşı, tarixi abidələrin bərpası, yeni yaşayış və sosial infrastrukturun yaradılması, müasir yolların, mehmanxanaların, təhsil və səhiyyə müəssisələrinin inşası şəhərin inkişafına yeni nəfəs verir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr çərçivəsində Şuşanın tarixi-mədəni irsinin qorunması və dini abidələrinin bərpasına xüsusi diqqət yetirilir. Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Vaqifin məqbərəsi və digər tarixi məkanlarda aparılan bərpa işləri milli irsimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşanın dirçəlişi yalnız tikinti və abadlıq işləri ilə məhdudlaşmır. Şəhərin mədəni həyatının yenidən canlandırılması da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Uzun fasilədən sonra “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən doğma məkanda keçirilməsi Şuşanın əvvəlki mədəni şöhrətinə qovuşmasının bariz göstəricisidir. Bu tədbirlər Azərbaycanın zəngin mədəni irsini beynəlxalq ictimaiyyətə təqdim etməklə yanaşı, Şuşanı yenidən sənətkarların, yaradıcı insanların və mədəniyyətsevərlərin görüş məkanına çevirir. Şuşanın beynəlxalq miqyasda qazandığı mövqeyi də xüsusi qeyd etmək lazımdır. 2023-cü ildə TÜRKSOY tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı, 2024-cü ildə isə İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi şəhərin zəngin tarixi-mədəni irsinə verilən beynəlxalq qiymətin ifadəsidir. Bu statuslar Şuşanın Azərbaycan sərhədlərindən kənarda da mühüm mədəniyyət mərkəzi kimi tanınmasına və Türk dünyası ilə İslam aləmi arasında mədəni əlaqələrin inkişafına xidmət edir. Şuşada aparılan bütün bu işlər, xüsusilə Böyük Qayıdış proqramı çərçivəsində doğma sakinlərin öz evlərinə qayıtması şəhərin həyatında yeni mərhələnin əsasını qoyur. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşmiş bu şəhərdə bu gün həyat yenidən canlanır, yeni yaşayış məhəllələri salınır, sosial şərait yaxşılaşdırılır, tarixi irslə müasir şəhərsalma prinsipləri uzlaşdırılır. Şuşanın gələcəkdə beynəlxalq turizm, mədəniyyət və diplomatiya mərkəzlərindən birinə çevrilməsi istiqamətində görülən işlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərin inkişafına verdiyi strateji əhəmiyyətin göstəricisidir. Şuşaya səfərim zamanı məni ən çox heyrətləndirən məqamlardan biri burada aparılan abadlıq və yenidənqurma işlərinin miqyası, sürəti və hərtərəfliliyi oldu. Şəhəri öz gözlərimlə görmək, onun tarixi küçələrində gəzmək, əsrlərin yadigarı olan abidələrini seyr etmək mənim üçün unudulmaz və qürurverici bir təcrübə idi. Bir tərəfdə tarixin nəfəsini qoruyub saxlayan qədim tikililər, digər tərəfdə müasir şəhərsalma tələblərinə uyğun inşa edilən yeni məkanlar Şuşanın necə böyük bir dəyişiklik mərhələsindən keçdiyini aydın göstərirdi. Ən sevindirici məqam isə bütün bu yeniliklərin şəhərin tarixi ruhuna xələl gətirmədən həyata keçirilməsidir. Şuşada olarkən bir daha əmin oldum ki, biz bu torpaqlara sadəcə qayıtmamışıq, həm də onları yenidən qurur, əvvəlki şöhrətinə qovuşdururuq. Burada gördüyüm hər bir abad küçə, bərpa olunan hər bir tarixi abidə, salınan hər bir yeni yaşayış məkanı Böyük Qayıdışın real mənzərəsini əks etdirir. Bu dirçəlişin arxasında xalqımızın iradəsi, dövlətimizin qüdrəti, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti və torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi dayanır.

Bu gün Şuşa işğalın izlərini geridə qoyaraq yeni inkişaf və intibah dövrünü yaşayır. Onun azadlığı Azərbaycanın hərbi qüdrətinin, dirçəlişi isə qalib dövlət olaraq gələcəyə inamının təcəssümüdür. Şuşa bizim üçün yalnız tarixi şəhər deyil, milli qürurumuzun, mədəni kimliyimizin və əbədi qayıdışımızın rəmzidir. Ən əsası, Şuşanın bugünkü mənzərəsi bir həqiqəti bütün dünyaya nümayiş etdirir - Azərbaycan öz tarixinə sahib çıxır, milli irsini qoruyur və azad etdiyi torpaqlarda yeni həyat qurur.

Şuşa azaddır, Şuşa dirçəlir və Şuşa əbədi olaraq Azərbaycandır!

Şeyda Əliyeva

YAP Naxçıvan şəhər təşkilatı “Əziz Əliyev küçəsi 108” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,

Naxçıvan şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri