Icma.az
close
up
RU
Məşhur aktrisa illər sonra etiraf etdi: Rola görə rejissorla bir gecə keçirib (FOTO)

Məşhur aktrisa illər sonra etiraf etdi: Rola görə rejissorla bir gecə keçirib (FOTO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Şou-biznes dünyasında məşhur olmaq, bunu ürəkdən istəyənlər üçün əlbəttə ki, arzuolunan bir haldır. Şöhrətlə birlikdə həm böyük sərvət, həm də insanın ruhuna xoş təsir edən bir çox əlavə imkanlar da gəlir. Lakin həyatda hər uğurun bir qarşılığı var - o cümlədən şöhrətin də!

Xüsusilə də Hollivudda məşhur olan bir çox ulduz illər sonra yaşadıqları təcrübələri paylaşdıqda, dinləyənlər təəccübünü gizlədə bilmir. Onlar uzun illər susduqları qaranlıq sirrləri müəyyən yaşa çatdıqdan sonra açıqlayır və bu həqiqətlər bütün dünyaya məlum olur. İndi bu etiraflara biri də əlavə olunub...

Qaynarinfo xəbər verir ki, uzun illərin tanınmış aktrisası Salli Fild 79 yaşında keçmişinin qaranlıq səhifələrini açıqlayıb.


Mükafatlı aktrisa gənclik illərində bir filmə seçilmək üçün adını açıqlamadığı bir rejissorla birlikdə olduğunu etiraf edib. Hətta həmin anlarda rejissorun arvadının evin yuxarı mərtəbəsində yatdığını da bildirib.

Fildin dediyinə görə, hadisə bir filmdə rol bölgüsünün son mərhələsində, rejissorun evində baş verib. Rejissor onu yataq otağına dəvət edib və filmdəki çılpaq səhnə üçün sinəsini görməli olduğunu deyib. Lakin əsl niyyəti daha sonra ortaya çıxıb: "Əvvəlcə necə öpüşdüyünü görməliyəm".

Salli Fildin sözlərinə görə, o, bu təklifi qəbul edib və nəticədə həmin rol ona verilib.


Lakin rejissorun tələbləri bununla bitməyib. Filmin çəkilişləri zamanı aktrisanı qaldıqları otel otağında da ziyarət edib və birlikdə olma təklifi irəli sürüb. Maraqlısı isə odur ki, həmin vaxt rejissorun arvadı da eyni oteldə bir mərtəbə yuxarıda yatırmış.

Gənc yaşlarından Hollivudun ulduzları sırasında yer alan Salli Fild 1980-ci ildə "Norma Rey", beş il sonra isə "Ürəkdəki yerlər" filmləri ilə "ən yaxşı qadın aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Bundan başqa, onun mükafat kolleksiyasında çoxsaylı "Qızıl Qlobus" və "Emmi" mükafatları da yer alır.

Fildin adı bir neçə nəsildən olan kino izləyicilərinin yaddaşına artıq əbədi həkk olunub.

"Polad manolyalar", "Forrest Qamp", "Linkoln", "Möhtəşəm dayə", "Möhtəşəm ata", "Evdə doğulan sevgi", "Qızım olmadan əsla" və daha bir çox filmdəki rolları ilə tanınan aktrisa parlaq qəhvəyi saçları, xoş təbəssümü və canlandırdığı xarakterlərlə Hollivudun "milli xəzinələrindən biri" kimi dəyərləndirilir.

Salli Fild bu günə qədər iki dəfə ailə həyatı qurub. İlk evliliyini 1968–1975-ci illər arasında Stiven Kreyq ilə, ikinci evliliyini isə 1984-cü ildə Alan Qreysman ilə edib və 1994-cü ildə boşanıb. Bu evliliklərdən üç övladı, həmçinin dörd nəvəsi var.

Lakin onun şəxsi həyatı ilə bağlı ən çox müzakirə olunan münasibəti, dövrünün ən yaraşıqlı aktyorlarından biri sayılan Bert Reynoldslə yaşadığı eşqdir.

Salli Fild və Bert Reynolds 1976–1980-ci illər arasında dörd il sevgili olublar. Fild onunla münasibətə başlayanda, artıq Stiven Kreyqlə olan evliliyini üç il əvvəl başa vurmuşdu.

Reynoldsdan ayrıldıqdan sonra ikinci evliliyini edən aktrisa, hər nə qədər onunla ailə qurmamış olsa da, bu sevginin həyatındakı yeri tam fərqli olub.

Bert Reynoldsun 2018-ci ildəki ölümündən sonra Salli Fild bu eşq barədə belə deyib: "O, hələ də mənim həyatımın eşqidir. Bert ilə keçirdiyim illər heç vaxt yadımdan çıxmır. Mən yaşadığım müddətdə o, həm şəxsi tariximdə, həm də qəlbimdə həmişə olacaq".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyun 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri