Icma.az
close
up
RU
Məşhur albinolu timsah Klod vəfat etdi

Məşhur albinolu timsah Klod vəfat etdi

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

San-Fransiskodakı Kaliforniya Elmlər Akademiyası ABŞ-nin ən məşhur albinolu timsahı Klodun vəfat etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

30 yaşlı timsah “Qızıl Qapılar” parkındakı Elm Muzeyində yaşayırdı və San-Fransiskonun simvollarından birinə çevrilmişdi. Klod uşaq kitablarının qəhrəmanı, reklam maskotu və plyuş fiqur kimi şəhərdən uşaqlar tərəfindən xatırlanırdı.

Muzeyin açıqlamasında bildirilir ki, Klod “sakit xarisma” sahibiydi və 17 il ərzində ziyarətçiləri heyran etmişdi. Həmçinin, qeyd olunur ki, dünyada 200-dən az albinolu timsahı mövcuddur.

“Klod bizə heyvanların səfir kimi insanları təbiətlə birləşdirə biləcəyini və ətrafımızdakı dünya haqqında daha çox öyrənməyə maraq oyatdığını göstərdi”, – deyə açıqlamada vurğulanır.

Klod 1995-ci ildə Luiziana ştatında alliqator fermasında dünyaya gəlib və 2008-ci ildə Kaliforniya Akademiyasına köçürülüb. O, albinizm  genetik mutasiya ilə doğulub və buna görə ağ rəngdə görünüb. Timsahın gözləri isə qan damarları sayəsində çəhrayı-qırmızı rəngdə görünürdü.

Albinolu alliqatorlar təbii mühitdə uzun yaşamır, lakin ABŞ-də timsahlar saxlanıldıqda 70 ilə qədər ömür sürə bilirlər. Sentyabr ayında muzey Klodun 30 illiyini xüsusi tədbir və balıqdan hazırlanmış buzlu tortla qeyd etmişdi.

Klod yaxınlarda infeksiya şübhəsi ilə müalicə kursu keçib onun iştahında azalma müşahidə olunub. Kaliforniya Universitetinin Dəviss Veternariya Məktəbi heyvanın bədənini müayinə edərək ölüm səbəbini müəyyən edəcək. Muzey Klodun xatirəsinə memorial lövhə açacaq.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri