Məşhur azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edildi Rəqibinə “rus donuzu” deyib (VİDEO) KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Rusiyalı MMA döyüşçüsü Artur Kulinskiyə qarşı döyüşdən sonra səsləndirdiyi təhqiramiz ifadələrlə gündəmə gələn azərbaycanlı idmançı Cavid Rzayev Rusiya Federasiyası vətəndaşlığından rəsmi şəkildə məhrum edilib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, döyüşdən sonra emosiyalarını cilovlaya bilməyən Rzayev rəqibini “rus donuzu” və digər təhqiramiz sözlərlə aşağılayıb. Bu çıxış ictimai qınağa və hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olub.
Buna baxmayaraq, idmançı sonradan verdiyi açıqlamada öz hərəkətlərinə görə üzr istəyib.
Lakin Saratov vilayəti üzrə FSB idarəsi onun üzrxahlığını kifayət hesab etməyərək Cavid Rzayevin pasportunu ləğv edib. Bununla da keçmiş döyüşçü Rusiya ərazisini tərk etməyə və Azərbaycana qayıtmağa məcbur olub.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 İyul 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















