Məşhur braziliyalı xəstəxanalıq oldu
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Braziliya yığmasının sabiq yarımmüdafiəçisi, hazırda “San Paulu”nun formasını geyən Oskar xəstəxanaya yerləşdirilib.
"Football-plus.az" xəbər verir ki, 34 yaşlı futbolçu ürəyində yaranan problem səbəbindən San Pauludakı klinikalardan birinə aparılıb. Hadisə çərşənbə axşamı səhər saatlarında baş verib. Oskar “San Paulu”nun məşq meydançasında stasionar velosipedlə interval testi zamanı yıxılıb. O, təxminən iki dəqiqə huşsuz vəziyyətdə qalıb.
Oskar 2024-cü ilin dekabrında azad agent kimi “San Paulu”ya qayıdıb. Yerli mənbələrə görə, transferdən əvvəl tibbi müayinə zamanı futbolçunun ürəyində problem aşkarlanıb. Buna baxmayaraq, “San Paulu” keçmiş futbolçusu ilə müqavilə bağlayıb.
Baxış sayı:35
Bu xəbər 14 Noyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















