Məşhur cütlükdən xeyirxah addım
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məşhur aktyor Uğur Aslan və ssenarist həyat yoldaşı Sema Ergenekon zəlzələdən zərər çəkmiş ailələrin yerli ərzaq mağazalarına olan borclarını ödəyiblər.
"Unikal" xəbər verir ki, cütlük bu xeyriyyəçilik əməllərini gizli saxlamağa çalışıb. Lakin Türkiyə mətbuatı Uğur və Semanın bu addımını yüksək qiymətləndirib.
Mövzu ilə bağlı danışan Uğur Aslan verilən yardımın şişirdilməməli olduğunu bildirərək, "Bunu deməyin. Bu, öyünməli bir şey deyil", - deyib.
Onlar məsələnin ictimaiyyətə məlum olmasından məmnun olmadığını açıqlayıblar.
Qeyd edək ki, aktyor Uğur Aslan "Yargı" serialında "Komissar Eren"i canlandırıb. Serialın ssenaristi onun həyat yoldaşı Sema Ergenekon olub.
Sema bundan başqa "Kara Para Aşk" və "Paramparça" kimi uğurlu layihələrin tanınmış ssenaristidir. Uzun illər evli olan cütlüyün üç övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 06 Aprel 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















