Icma.az
close
up
RU
Məşhur dil öyrənmə platforması işçiləri süni intellektlə əvəz edəcək

Məşhur dil öyrənmə platforması işçiləri süni intellektlə əvəz edəcək

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Duolingo insan əməyini süni intellektlə əvəzləyir

Tribunainfo.az xəbər verir ki,tanınmış dilöyrənmə platforması Duolingo, fəaliyyətində süni intellektə (AI) üstünlük verəcəyini açıqlayıb. Şirkət artıq bəyan edib ki, AI texnologiyasının imkanları genişləndikcə, bəzi müqaviləli işçilərin xidmətlərindən imtina ediləcək.

Duolingo-nun baş direktoru Luis fon An-ın yaydığı açıq məktubda bildirilir ki, şirkət “süni intellektin bacara biləcəyi işlər üçün artıq insan resurslarına ehtiyac görmür” və buna görə də mərhələli şəkildə müqaviləli əməkdaşlarla yollarını ayıracaq. Qeyd edək ki, bu qərar 2024-cü ilin yanvarında müqaviləli işçilərin 10 faizinin ixtisarı ilə başlamışdı. Şirkət həmin dövrdə bu addımı qismən də olsa süni intellektin onların vəzifələrini yerinə yetirə bilməsi ilə izah etmişdi.

Fon An məktubunda Duolingo-nun sürətlə çoxlu sayda yeni tədris kontenti yaratmaq məcburiyyətində olduğunu və bu prosesin əl ilə icrasının qeyri-effektiv olduğunu vurğulayıb:

“Ən uğurlu qərarlarımızdan biri, kontent istehsalında yavaş və əl əməyinə əsaslanan yanaşmanı süni intellektlə əvəz etmək oldu. Əgər süni intellekt olmasaydı, bu qədər tədris materialını hazırlamaq bizə onilliklər çəkərdi. Biz isə tələbələrimizə bu materialları ən qısa zamanda təqdim etməyə borcluyuq”.
Baş direktor onu da əlavə edib ki, Duolingo əməkdaşlarına hələ də böyük önəm verir, lakin işin daha səmərəli təşkili üçün “tıxanıqlıq yaradan” məqamlar aradan qaldırılmalıdır. Bu səbəbdən şirkət həm işə qəbul zamanı, həm də performans dəyərləndirməsində AI təcrübəsini nəzərə alacaq.

Fon An süni intellektin hələ tam kamil olmadığını etiraf etsə də, Duolingo-nun bu texnologiyanı dərhal tətbiq etməyə qərar verdiyini bildirib. O qeyd edib ki, “keyfiyyətdə yüngül, nadir kompromislər” qaçılmaz olsa da, şirkət gözləmək və geridə qalmaq əvəzinə, dərhal hərəkət etməlidir.

Hazırda Duolingo-nun AI tərəfindən yaradılmış dərs vəsaitlərinin real istifadədə necə nəticə verəcəyini zaman göstərəcək.

İmran Kərimli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Aprel 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri