Sabirabadın bolluq qaynağı
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
75 min hektardan çox ərazidə suvarma və meliorasiya xidmətləri göstərilir
Sabirabad rayonunda suvarma və meliorasiya sistemlərinin səmərəli fəaliyyəti istiqamətində işlər davam etdirilir. Geniş əkin sahələrinə malik rayonda suvarma kanallarının və kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması, hidrotexniki qurğuların yenilənməsi və su təminatının sabitləşdirilməsi diqqət mərkəzində saxlanılır.
Sabirabad Suvarma Sistemləri İdarəsinin xidməti ərazisi 75 min 503 hektar təşkil edir. Bu ərazidə kənd təsərrüfatı sahələrinin suvarılması üçün idarənin balansında ümumi uzunluğu 2 min 422 kilometr olan suvarma kanalları, eləcə də 3 min 441 kilometr kollektor-drenaj şəbəkəsi mövcuddur. Bununla yanaşı, rayonun 74 kəndi də idarənin xidmətindən yararlanır.
Suvarma sistemlərinin normal fəaliyyəti üçün kanalların və kollektor-drenaj şəbəkəsinin lildən təmizlənməsi mühüm əhəmiyyət daşıyır. İdarədən verilən məlumata görə, bu ilin 8 ayı ərzində 750 kilometr suvarma kanalı, 181 kilometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Görülən işlər suyun əkin sahələrinə daha səmərəli çatdırılmasına, su itkilərinin və suvarma zamanı yarana biləcək problemlərin azaldılmasına xidmət edir.
Sabirabadın geniş suvarma sisteminin fasiləsiz fəaliyyətində nasos stansiyaları mühüm rol oynayır. Hazırda idarənin xidməti ərazisində 95 nasos stansiyası və 222 aqreqat fəaliyyət göstərir. Ötən müddətdə 36 nasos stansiyasında təmir-bərpa işləri aparılıb, xidməti ərazilərdə 187 hidrotexniki qurğu yenisi ilə əvəz olunub. Bu tədbirlər suvarma sistemlərinin texniki imkanlarının artırılmasına və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına yönəlib.
Rayonun aqrar sektorunda bitkiçilik mühüm yer tutur. Cari ilin məhsulu üçün rayonda 22 min 704 hektar taxıl, 11 min 24 hektar pambıq, 21 min 56 hektar yonca və 2 min 640 hektar qarğıdalı əkilib. Bu əkinlərin məhsuldarlığının qorunmasında vaxtında və düzgün suvarma xüsusi əhəmiyyət daşıyır. Buna görə də suvarma infrastrukturunun saz vəziyyətdə saxlanılması rayonun aqrar istehsalı üçün əsas məsələlərdən biridir.
Sabirabadda su təsərrüfatının digər mühüm istiqaməti əhalinin içməli su təminatının yaxşılaşdırılmasından ibarətdir. Hazırda su təchizatı xidmətindən 9 min 164 abonent yararlanır. Onlardan 8 min 802-si əhali, 362-si isə qeyri-əhali abonentləridir. Əhalinin içməli su ilə təmin edilməsi məqsədilə 5 min kubmetr tutumunda 2 su anbarı və 3 aqreqatlı nasos stansiyası fəaliyyət göstərir.
İçməli su təminatında modul tipli sutəmizləyici qurğular da mühüm rol oynayır. Hazırda rayon üzrə 49 modul tipli sutəmizləyici qurğu fəaliyyət göstərir. Suvarma və meliorasiya sistemlərinin yenilənməsi ilə yanaşı, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bununla yanaşı, rayonda kanalizasiya xidmətlərinin də əhatə dairəsi genişləndirilib.
Ölkəmizin kənd təsərrüfatında aparıcı rol oynayan Sabirabadda suvarma sistemlərinin texniki vəziyyəti birbaşa əkinçiliyin nəticələrinə təsir göstərir. Kanalların və kollektor-drenaj şəbəkələrinin mütəmadi təmizlənməsi, nasos stansiyalarının təmiri, hidrotexniki qurğuların yenilənməsi və su təminatı sistemlərinin inkişaf etdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Oktyabr 2026 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















