Icma.az
close
up
RU
“Zəfər yolçuları”nın əbədiyyət zirvəsi

“Zəfər yolçuları”nın əbədiyyət zirvəsi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Kitab 44 günlük Vətən müharibəsinin 44 cəngavərindən bəhs edir

2020-ci ilin payızında xalqımız Qarabağımızı düşməndən azad etmək üçün milli qeyrət və hünər savaşına başladı. 44 gün davam edən ağır döyüşlərdə əsgər və zabitlərimiz tarixdə misli görünməmiş qeyri-adi şücaət və qəhrəmanlıq nümayiş etdirdi. Onlar 30 il ərzində işğal altında olan şəhər və kəndlərimizi viran qoyan erməni vandallarının başını əzərək quldurları torpaqlarımızdan qovdular.

Haqqında bəhs etdiyimiz “Zəfər yolçuları” adlanan kitab məhz o yenilməz qəhrəmanların ibrətamiz hünər dastanları barədədir. Bunlar qeyri-adi, əfsanəvi cəngavərlərdir. Onlar çağdaş tariximizə öz şərəfli imzalarını Qarabağ müharibəsi qəhrəmanları kimi yazıblar.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 44 günlük Zəfər yürüşü zamanı fövqəladə igidlik nümunəsi göstərmiş əsgər və zabitlərimizdən 83 nəfəri “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. “Xalq qəzeti” öz səhifələrində “Zəfər yolçuları” rubrikası altında həmin qəhrəmanların parlaq milli örnəyə çevrilən şanlı həyat və döyüş yolları barədə çox sayda oçerk və zarisovkalar dərc edib. Bu qəzet yazıları, əslində, hər bir döyüşçü barədə əsl vətənpərvərlik hekayətidir.

Haqqında söhbət gedən yığcam oçerklərin çoxunun müəllifi təcrübəli həmkarımız, Əməkdar jurnalist Əli Nəcəfxanlıdır. Məhz onun imzası ilə bugünlərdə “Xalq qəzeti” kitabxanası seriyasından “Zəfər yolçuları” adında yeni kitab nəfis şəkildə nəşr olunub. Tirajın çox hissəsi haqqında söhbət açılan qəhrəmanlara, onların ailə üzvlərinə və döyüşçü yoldaşlarına hədiyyə olunub. Xatırladaq ki, “Xalq qəzeti”nin redaksiyası” seriyasından bundan əvvəl daha 2 publisistik kitab işıq üzü görüb.

“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov “Ön söz”də bildirib: “Kitabdakı parlaq yazılar yaddaşımıza qanla yazılan Vətən müharibəsində ən yüksək fəxri ada layiq görülən soydaşlarımıza həsr olunub. Bu tarixi Qələbə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qat-qat artırıb, Cənubi Qafqaz regionunda, bütövlükdə, dünyada yeni reallıqlar yaradıb”.

Qeyd edək ki, kitabın redaktoru istedadlı publisist, “Xalq qəzeti” redaktorunun müavini Tahir Aydınoğludur. Tahir müəllim kitabın bir çox üstün məziyyətləri barədə danışarkən qeyd etdi ki, qəzetin əməkdaşı Əli Nəcəfxanlı hər bir oçerkin dəqiq, dürüst və oxunaqlı olması üçün bütün istedad və bacarığını ortaya qoyub: “Etiraf edək ki, eyni mövzuda 44 qəhrəman haqqında fərqli və bir-birindən maraqlı oçerklər yazmaq heç də asan deyil, amma Əli müəllim bu çətin işin öhdəsindən uğurla gəlib. O, bu oçerkləri Vətənin başını uca edən igidlərə sonsuz sevgi hissilə, necə deyərlər, ürəyinin odu, qəlbinin hərarəti ilə qələmə alıb”.

Hörmətli oxucuların diqqətinə onu da çatdıraq ki, kitabda 44 rəqəmi 6 il əvvəl bütün dünyanı heyran qoyan 44 günlük şanlı Vətən savaşının əsas rəmzlərindən biridir. Təsadüfi deyil ki, 3 publisistik, 10-dan çox şeir kitabının müəllifi olan Əli Nəcəfxanlı kitabın ilk səhifələrində özünün 44 misralıq “Zəfər yolçuları” şeirini də yerləşdirib. Bu gözəl poetik nümunədən 2 bəndi xatırlatmağı özümüzə borc bilirik:

Müqəddəs savaşın qəhrəmanları
Tarix yaradıblar qanları ilə,
Qürurla anıram bu gün onları,
Axsa da gözümdən yaş gilə-gilə.

***

Bir-bir yada salıb qəhrəmanları,
Dua edərək yaşayaq hər gün!
Onlar nurlandırıb kəhkəşanları,
Ruhları önündə baş əyək hər gün!

“Zəfər yolçuları” kitabında dərc olunan oçerklərin hər birinin yüksək publisistik məziyyətləri barədə söz açmaq olardı. Bu yazıların sərlövhəsindən tutmuş, mətnlərdəki ilk sözdən son sözə qədər hər birinin nə qədər ürəkdən, böyük səmimiyyətlə deyildiyini, məhz buna görə də oxucuların qəlbində dərin əks-səda doğurduğunu qeyd etmək də mümkündür. Yazıların dil və üslub cəhətdən mükəmməlliyinə də diqqət çəkmək olardı.

Amma biz bu təfərrüatlara varmaq istəmirik. Yalnız onu deyə bilərik ki, Vətən savaşı qəhrəmanlarından yazmağın nə qədər məsuliyyətli yaradıcılıq missiyası olduğunun fərqində olan müəllif, həqiqətən, bütün istedad və bacarığını ortaya qoyaraq onların hər biri barədə dəyərli söz abidəsi yaradıb. Sağ olsun!

Bu məqamda onu da mütləq qeyd etmək lazımdır ki, ölkəmizin aparıcı mətbu nəşrlərindən biri olaraq “Xalq qəzeti”nin səhifələrində son illər ərzində təkcə Qarabağ Müharibəsi Qəhrəmanları haqqında deyil, İkinci Qarabağ müharibəsinin də çox sayda igid döyüşçüləri, şəhidlər və qazilər barədə yüzlərlə yazı dərc olunub. Qəzetin, demək olar ki, bütün əməkdaşları bu qürurverici prosesdə fəal iştirak ediblər. XQ-də hamı bu mövzuda yazmağı, həm də yaxşı, fərqli və təsirli yazmağı özünə şərəf sayır. Təcrübəli jurnalist Akif Cabbarlı bu barədə söz düşəndə bildirdi ki, “Şəhidlər mövzusu”nu daim diqqətdə saxlamaqla “Xalq qəzeti” redaksiyası, həqiqətən, əsl vətənpərvərlik nümunəsi göstərir.

Sonda bildirək ki, haqqında söz açdığımız “Zəfər yolçuları” kitabında 83 nəfər Vətən Müharibəsi Qəhrəmanından 44-ü haqqında oçerklər yer alıb. Qəzetin redaksiya heyəti yaxın gələcəkdə digər 39 Vətən Müharibəsi Qəhrəmanı haqqında da oçerklər dərc etdirməyi, eləcə də həmin yazılar əsasında analoji kitab nəşr etdirməyi planlaşdırır. Bu, “Xalq qəzeti” kitabxanasından artıq sayca dördüncü kitab olacaq.

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2026 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri