Məşhur futbolçu bu klubu almaq istəyir
Icma.az bildirir, Modern.az portalına istinadən.
İspaniya millisinin və “Real Madrid”in əfsanəvi müdafiəçisi Serxio Ramos uşaqlıq klubu olan “Sevilya”nı almağa hazırlaşır.
Modern.az “The Independent”ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu bu addımı “Five Eleven Capital” investisiya qrupu ilə birgə atır.
Məlumata görə, sövdələşmənin ümumi dəyəri təxminən 400 milyon avro (347 milyon funt-sterlinq) qiymətləndirilir. Planlaşdırılan müqaviləyə əsasən, konsorsium klubun 80 faiz səhmini əldə edəcək. Hər bir səhmin qiymətinin 3.500 avro civarında olduğu bildirilir. Sövdələşmənin rəsmiləşməsi üçün La Liqa və İspaniya Milli İdman Şurasının razılığı tələb olunur.
Qeyd edək ki, 2001/02 mövsümündən bəri davamlı olaraq La Liqada çıxış edən “Sevilya” hazırda turnir cədvəlində gərgin günlər keçirir. 2022/23 mövsümündə Avropa Liqasının qalibi olmasına baxmayaraq, komanda hazırda 13-cü pillədə qərarlaşıb və aşağı dəstəyə düşmək təhlükəsindən cəmi 3 xal uzaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 13 May 2026 04:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















