Məşhur futbolçu qəzaya düşdü
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan və hazırda isə icarə əsasında İtaliyanın "Komo" komandasında çıxış edən ispaniyalı qapıçı Robert Sançes Almaniyada qəzaya uğrayıb.
“Yeni Sabah” xəbər verir ki, 28 yaşlı qolkiper milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək dostları ilə birlikdə məşhur Nürburqrinq avtodromunda yürüşə qatılıb. Təxminən 350 min avro dəyərində olan "Ferrari 488 Challenge Evo" yarış avtomobilini idarə edən Sançes şosenin məşhur "Karussell" döngəsinə yüksək sürətlə (təxminən 112 km/saat) daxil olarkən idarəetməni itirib və təhlükəsizlik baryerinə çırpılıb.
Güclü zərbə nəticəsində superkarın ön hissəsi ciddi şəkildə dağılıb, hissələri isə trasa səpələnib. Qəza səbəbindən avtodromda qırmızı bayraq qaldırılıb və yürüş təxminən bir saatlıq dayandırılıb. İnternet mağaza
Xoşbəxtlikdən, ispaniyalı qapıçı hadisədən heç bir xəsarət almadan xilas olub. Şahidlərin bildirdiyinə görə, Sançes qəzadan dərhal sonra avtomobildən düşərək ətrafdakılara trasdakı qırıntıları toplamağa kömək edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Noyabr 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















