Icma.az
close
up
RU
Məşhur hüquqşünasdan çağırış: “Bakıdan köçün, çünki…” KONKRET

Məşhur hüquqşünasdan çağırış: “Bakıdan köçün, çünki…” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Metropoliten rəhbəri məmur ordusunun sadə vətəndaşlara əsl münasibətini aşkar etdi. Bizi adam yerinə qoymurlar. Zatən bunu bəzilərimiz onsuz da bilirdik. Adi yağışdan, qardan və hətta istidən şəhər iflic olursa, deməli, bura yaşanası yer deyil. Ölkədə pul azalsa da, məmurların iştahı azalmır, buna görə də infrastrukturun inkişafına vəsait az xərclənəcək, yəni daha çox oğurlanacaq. Mən hələ paytaxtımızın ekoloji problemlərini demirəm. Təbii, Bakının yaxşı, səfalı yerləri də var, amma oralara “mərkəz”dən də əvvəl bizləri pulumuz olmadığı üçün buraxmırlar onsuz da”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, paytaxtda yaşayan sadə vətəndaşların maddi vəziyyəti pisləşdikcə mülklərini itirmək təhlükəsi ilə üz-üzə qalacaqlar: “Eviniz, mənziliniz, mülkünüz var burada? Bəs borcunuz var? Varsa, əvvəl-axır borca görə dəyər-dəyməzə verəcəksiz mülkünüzü. İndi baha satın heç olmasa. Hazırda borcunuz yoxdursa, mütləq olacaq, çünki maddi vəziyyətiniz get-gedə daha da pisləşəcək. Bakı onsuz da sizlik şəhər deyil. Bura zənginlərin şəhəri kimi ehtiva edilir. Satmayacaqsız? Sizdən soruşan kimdir ki?! Şəhərdə artıq xeyli binaları tikinti şirkətləri şəhər başçısının qanunsuz sərəncamları əsasında söküblər və sökməyə də davam edirlər. Məhkəmələr də bu haqsızlığa haqq qazandırır”.

Hüquqşünas vətəndaşlara Bakını tərk edib rayonlara üz tutmağı və orada birləşməyi məsləhət görüb: “Hara köçəsiz? Rayonlara. Birləşin və rayonlarda birgə kənd təsərrüfatları yaradın. Bilirəm ki, çətindir. Amma Bakıda yaşamaq bundan da çətin olacaq get-gedə. Uzaqbaşı zənginlərin hambalı olacaqsız burada. Ta o vaxta kimi ki, Xəzər dənizinin quruması burada zənginlərin də həyatını mümkünsüz edəcək və xaricə köçəcəklər. Bakı isə ondan sonra dünyanın ən böyük muzey-şəhəri olar yəqin. Və bu muzey necə yaşamamaq üzrə dünyaya ibrət olar. Bom-boş yeraltı metro stansiyaları daxil”.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 May 2026 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri