Icma.az
close
up
RU
Məşhur idman saytı “Sabah” və Dambrauskasa məqalə həsr edib

Məşhur idman saytı “Sabah” və Dambrauskasa məqalə həsr edib

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu İngiltərənin “Mançester Yunayted” klubuna qarşı keçirəcək.

İdman.Biz xəbər verir ki, “talkSPORT” nəşri Masazır təmsilçisinin tarixi və baş məşqçi Valdas Dambrauskasın qeyri-adi karyera yolu barədə geniş material hazırlayıb.

Məqalədə qeyd olunur ki, 2017-ci ildə yaradılan “Sabah” qısa müddətdə Azərbaycan futbolunun aparıcı klublarından birinə çevrilib. Komanda 2018-ci ildə Premyer Liqaya yüksəlib, daha sonra isə ölkə çempionu olub və Azərbaycan Kubokunu qazanıb. “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi klub tarixinin ən böyük uğuru kimi qiymətləndirilir.

“talkSPORT” xüsusi olaraq Valdas Dambrauskasın həyat hekayəsinə diqqət çəkib:

“49 yaşlı litvalı mütəxəssis peşəkar futbolçu olmayıb. Onun məşqçilik yolunun başlanğıcı isə qeyri-adi hadisə ilə bağlıdır. Dambrauskas 2002-ci ildə Litvada yayımlanan “Kim milyonçu olmaq istəyir?” televiziya yarışmasında təxminən 1000 funt sterlinq qazanıb. O, həmin vəsaitdən İngiltərəyə köçmək və məşqçilik təhsili almaq üçün istifadə edib.

Dambrauskasın İngiltərə ilə əlaqəsi bununla da məhdudlaşmır. O, məşqçilik karyerasının ilk illərində “Manchester United Soccer Schools” sistemində çalışıb və uşaqlarla birlikdə dəfələrlə “Old Trafford” stadionunda olub. İndi isə litvalı mütəxəssis həmin arenaya Çempionlar Liqasında “Sabah”ın baş məşqçisi kimi çıxacaq.

“Sabah” Çempionlar Liqasının təsnifat mərhələlərində “The New Saints”, KuPS, “Orhus” və “Hapoel Beer-Şeva”nı mübarizədən kənarlaşdıraraq əsas mərhələyə vəsiqə qazanıb. Komanda bununla Çempionlar Liqasının liqa və ya qrup mərhələsinə yüksələn ən gənc klub olub”.

Xatırladaq ki, “Mançester Yunayted” - “Sabah” qarşılaşması sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək. Bu, tərəflər arasında ilk rəsmi görüş olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri