Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dueyn Conson
“Universal” şirkəti məşhur kinoaktyor Dueyn Consonu yeni “Mumiya” filmində Əqrəb Kralı obrazına qaytarmağı planlaşdırır.
Reyting.az xəbər verir ki, bu barədə Hollivud sənayesində tanınmış kino-insayder Daniel Rixtman yerli mətbuata açıqlama verib.
Xatırladaq ki, Dueyn Conson daha əvvəl “Mumiyanın qayıdışı” filmində cani obrazını canlandırıb və həmin rol sonradan ayrıca spin-off layihəsinə çevrilib.
Məlumata görə, 2025-ci ilin dekabrında Conson bu rola yenidən qayıtmağa böyük məmnuniyyətlə hazır olduğunu bəyan edib. Aktyor vurğulayıb ki, Əqrəb Kralı onun üçün çox dəyərli obrazdır və böyük kinoda debüt rolu hesab olunur.
İnsayderin sözlərinə görə, lentə alınacaq yeni “Mumiya” filmində aktyor heyətində ciddi dəyişikliklər gözlənilmir.
Qeyd edək ki, əvvəlki “Mumiya” filmlərində Rik O’Konnell obrazını canlandıran Hollivud ulduzu Brendan Freyzerin də layihəyə qayıdacağı artıq təsdiqlənib.
Filmin rejissorları Metyu Bettinelli və Tayler Cillett olacaq.
Daniel Rixtman onu da əlavə edib ki, hazırda “Mumiya” franşizası çərçivəsində üç yeni filmin hazırlanması planlaşdırılır.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















