Icma.az
close
up
RU
Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi 285 min manatlıq dələduzluq

Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi 285 min manatlıq dələduzluq

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dələduzluqda təqsirləndirilən “Şassi” mağazalar şəbəkəsinin (əvvəlki adı “Ştutqart”) keçmiş rəhbər şəxsinə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, ittiham aktına əsasən, Aslan adlı həmin şəxs Murad adlı tanışına Şarja şəhərindən avtomobil ehtiyat hissələri, o cümlədən mühərriklər gətirib Bakı şəhərində satmaqla yaxşı gəlir əldə edəcəklərini vəd edib.

Bu məqsədlə 2022-ci ilin sentyabr, oktyabr və noyabr aylarında ondan hissə-hissə olmaqla ümumilikdə 200 min manat pul alıb.

Aslan qarşı tərəfdə real görüntü yaratmaq üçün həmin pulların bir hissəsi hesabına xaricdən avtomobil mühərrikləri və digər ehtiyat hissələri gətirib. Lakin sonradan məhsulların satışından əldə olunan vəsaiti zərərçəkmiş şəxsə qaytarmayıb və aldığı pulun bir hissəsini şəxsi ehtiyaclarına sərf edib.

İttihamda bildirilir ki, gətirilən ehtiyat hissələrinin ümumi dəyəri təxminən 28 min manat olub.

Məhkəmədə Aslan özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.

O, ifadəsində Muraddan ümumilikdə 200 min manat aldığını təsdiqləsə də, həmin vəsaitlə bağlı fərqli mövqe səsləndirib.

Aslanın sözlərinə görə, 2018–2022-ci illərdə “Ştutqart” mağazalar şəbəkəsində rəhbər vəzifədə çalışıb və aylıq 3 800 manat əməkhaqqı alıb.

Onun bildirdiyinə görə, Murad iş fəaliyyətini və müştəri toplamaq imkanlarını gördükdən sonra avtomobil mühərriklərinin xaricdən gətirilməsi ilə bağlı əməkdaşlıq təklif edib.

Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, ilk mərhələdə tanışından 20 min dollar alaraq Dubaya gedib. Daha sonra əlavə vəsait əldə edib mühərriklərin alınması və Azərbaycana gətirilməsi ilə bağlı işləri davam etdirib.

Aslan bildirib ki, ümumilikdə 50-dən çox mühərrik gətirilib. Onun sözlərinə görə, mühərriklərin satışı üçün obyekt də icarəyə götürüb, təmir işləri aparıb və satışa hazırlaşıb.

O, tanışının sonradan pulunu geri tələb etdiyini, lakin gətirilən məhsulların dərhal satılmasının mümkün olmadığını deyib.

Təqsirləndirilən şəxs həmçinin aldığı 200 min manatın təxminən 150 min manatını məhsul alınmasına sərf etdiyini, həmin məhsulları sonradan ziyanla satdığını bildirib.

İş üzrə Aslana qarşı daha bir dələduzluq epizodu ilə bağlı ittiham irəli sürülüb.

İttihama görə, 2024-cü ilin iyulunda o, Murad barəsində aparılan cinayət təqibinə tanışları vasitəsilə xitam verdirə biləcəyini deyib. Bu vədlə ondan iki dəfəyə ümumilikdə 65 min manat pul aldığı və həmin vəsaiti şəxsi ehtiyaclarına sərf etdiyi iddia olunub.

Aslan isə ifadəsində bu epizodla bağlı bildirib ki, tanışının məsələsini araşdırıb və sonradan həmin problemin həllinin mümkün olmadığını öyrənib. O, aldığı 50 min manatın bir hissəsini öz borcuna verdiyini, daha sonra isə həmin məbləği tanışına qaytardığını söyləyib.

Məhkəmədə zərərçəkmiş də ifadə verib.

O bildirib ki, Aslanı bir neçə il əvvəl tanıyıb və onun “Ştutqart” mağazalar şəbəkəsində satış işi ilə məşğul olduğunu bilib. Aslan ona avtomobil mühərriklərinin gətirilməsi və satışı ilə yaxşı qazanc əldə etməyin mümkün olduğunu deyib.

Zərərçəkmişin sözlərinə görə, Aslanın təklifinə inanaraq ona hissə-hissə ümumilikdə 200 min manat verib. O bildirib ki, Aslan iki dəfə Dubaya gedib və oradan mühərriklərin fotolarını göndərib.

Lakin sonradan ona gətirilən məhsulların yatırdığı pula uyğun olmadığı barədə məlumat verilib.

Murad məhkəmədə Aslanın ona 285 min manat zərər vurduğunu, bunun 50 min manatının qaytarıldığını, 225 min manatın isə qaldığını bildirib.

İş üzrə şahidlərdən biri də Aslanla birlikdə Dubaya getdiyini və 50-dən çox mühərrikin alınıb Azərbaycana gətirildiyini söyləyib. Şahid mühərriklərin seçilməsində iştirak etdiyini, sonradan onların Aslanın icarəyə götürdüyü obyektə yerləşdirildiyini bildirib.

Məhkəmə Aslanı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib və ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmə əsasən, onun əvvəllər tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu ümumilikdə 6 ay 26 gün müddət cəzadan çıxılıb.

Aslanın üzərində qəti olaraq 5 il 5 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Avqust 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri