Icma.az
close
up
RU
Məşhur müğənni Cansever 59 yaşında vəfat etdi

Məşhur müğənni Cansever 59 yaşında vəfat etdi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun müddətdir leykozla (qan xərçəngi) mübarizə aparan məşhur müğənni Cansever 59 yaşında həyatını itirib.
90-cı illərdə “Ağla Gözbebeğim”, “Sen de Gittin” və “Kime Bu İnat” kimi mahnıları ilə məşhurlaşan sənətçiyə ötən ilin dekabrında leykoz diaqnozu qoyulmuşdu. Almaniyada müalicə alan Canseverə 26 mart 2026-cı ildə sümük iliyi transplantasiyası həyata keçirilmişdi.
Sənətçi son paylaşımında səhhəti ilə bağlı vəziyyətdən söz açaraq hərarətinin yüksəldiyini və təzyiqinin aşağı olduğunu bildirmişdi. O, müalicə səbəbilə danışa və yaza bilmədiyini, davamlı serum və antibiotik qəbul etdiyini qeyd etmişdi.
Əsl adı Dzansever Dalipova olan Cansever 8 iyul 1967-ci ildə Şimali Makedoniyanın Veles şəhərində anadan olub.
12 yaşında keçirdiyi qəza nəticəsində bir gözünü itirən sənətçi buna baxmayaraq musiqidən uzaqlaşmayıb. Peşəkar karyerasına 1992-ci ildə başlayan Cansever 1997-ci ildə “İbo Show” proqramında çıxış etdikdən sonra Türkiyədə geniş tanınıb.
Proqramda səsləndirdiyi “Kara Çadır” mahnısı ilə böyük rəğbət qazanan sənətçi “Cemalim”, “Kime Bu İnat” və “Yollar Hasta Ben Yorgunum” kimi əsərləri ilə də yadda qalıb.
İllərlə xəstəliklə mübarizə apardı
Cansever 1994-cü ildə ankilozan spondilit xəstəliyinə tutulub. Xəstəlik səbəbilə uzun illər ciddi fiziki problemlər yaşayan sənətçi təxminən 15 il əyilmiş vəziyyətdə yaşayıb.
2007-ci ildə müalicə üçün Almaniyaya köçən Cansever 2009-cu ildə keçirdiyi əməliyyatdan sonra bel əyriliyi problemindən böyük ölçüdə xilas olub və musiqi fəaliyyətini davam etdirib.
2025-ci ilin sonunda isə bu dəfə leykoz diaqnozu ilə üzləşən sənətçi uzun müddət müalicə alıb. Bütün sağlamlıq problemlərinə baxmayaraq musiqidən vaz keçməyən Cansever özünəməxsus ifa tərzi ilə Türkiyə musiqisində iz qoyub.
Leyla
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Avqust 2026 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri