Məşhur müğənnidən dəhşətli görüntülər: yarıçılpaq hərəkətlər, sükanı nəzarətsiz buraxıb ayağa qalxdı VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müğənni Dilarə Kazımova yeni klipi ilə gündəmə gəlmək istədi, amma bu dəfə səhnə performansı yox, təhlükəli davranışları ilə sosial medianı silkələdi. Avtosfer.az xəbər verir ki, klip çəkilişi zamanı avtomobil idarə edən sənətçi yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özünü, həm də başqalarını təhlükəyə atıb.
Kadrlar göstərir ki, müğənni nəqliyyat vasitəsinin hərəkəti zamanı təhlükəsizlik kəmərindən istifadə etmir, eyni zamanda hər iki əlini sükandan çəkərək kobud şəkildə qayda pozuntularına yol verir. Hətta bir səhnədə müğənni əllərini sükandan çəkərək ayağa qalxır və bədəninin bir hissəsini avtomobilin lyukundan bayıra çıxarır.
Müğənniyə klipdə digər qadın sərnişinlər də “yardımçı olub”. Onlar da avtomobildə oturacaqları tez-tez dəyişməklə, bəzən sükan arxasında əyləşməklə və qaydalara tamamilə zidd davranışlarla klipə adrenalin qatmağa çalışıblar. Əl-qol hərəkətləri, musiqiyə uyğun “coşmalar” və sürücülərin diqqətini yayındıracaq səhnələr ilə yol hərəkətinin digər iştirakçıları üçün də təhlükə yaradıb.
Maraqlıdır ki, klip boyu avtomobildə çəkilən bu təhlükəli və məsuliyyətsiz davranışlar sanki adi hal kimi təqdim olunub. Qaydalara tamamilə zidd olan bu görüntülər isə sosial şəbəkələrdə izləyənlərin sərt reaksiyası ilə qarşılanıb.
Fidan
Baxış sayı:94
Bu xəbər 06 Avqust 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















