Məşhur nəşr Trampın Ukraynaya dair məqsədlərindən yazıb: Zelenski görüşə kostyumda gələcək?
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Məşhur "Axios" nəşri ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı məqsədlərindən yazıb.
Bu barədə Oxu.Az nəşrə istinadən xəbər verir.
Nəşrin bildirildiyinə görə, ABŞ prezidenti administrasiyasının nümayəndələri bütün prosesi üç mərhələdə təsvir ediblər:
1. Sülh sazişi istiqamətində addımları razılaşdırmaq üçün Vladimir Putinin ABŞ ilə ikitərəfli görüş keçirməsinə nail olmaq.
2. Sülhə doğru addımlar barədə razılığa gəlmək üçün ABŞ-nin Volodimir Zelenski ilə görüşünə nail olmaq (bu gün - 18 avqustda baş tutmalıdır).
3. Putini və Zelenskini ABŞ ilə üçtərəfli görüşdə hər şeyi müzakirə etmək üçün danışıqlar masası arxasına oturmağa razı salmaq.
Nəşr, həmçinin qeyd edir ki, Ağ Ev Ukrayna rəsmilərindən Zelenskinin Trampla görüşdə kostyum geyinib-geyinməyəcəyi ilə maraqlanıb. Bu yolla onlar Oval kabinetdə münaqişənin potensial təkrarlanmasının qarşısını almağa çalışırlar. Mənbələr bildiriblər ki, Zelenski görüşdə iyunda Niderlandda NATO sammitində geyindiyi eyni qara kostyumda olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Avqust 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















