Icma.az
close
up
RU
Məşhur reper atəş açdı mühafizəçini yaraladı, işçilərini döydü

Məşhur reper atəş açdı mühafizəçini yaraladı, işçilərini döydü

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Rusiyalı reper Ciqan (əsl adı Denis Ustimenko) Moskva vilayətindəki evində silahla atəş açaraq mühafizəçini yaralayıb və evin əməkdaşlarını saatlarla içəridə saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası və “Mash” Telegram kanalı məlumat yayıb. 

Məlumata görə, reper karabin götürərək evin əməkdaşlarını qonaq otağına toplayıb və onları müxtəlif cinayətlərdə ittiham etməyə başlayıb. Onun ətrafındakı insanlara qarşı şübhəli münasibət sərgilədiyi və onları özünə qarşı hərəkətlərdə ittiham etdiyi bildirilir.

Rusiya mediasının yazdığına görə, Ciqan mühafizəçilərdən birini uşaqlara qarşı zorakılıqda ittiham edib. O, silahı həmin şəxsin başına tuşlayaraq etiraf etməsini tələb edib. Daha sonra mühafizəçiyə qaçması üçün bir neçə saniyə vaxt verdiyi və atəş açdığı iddia olunur. Nəticədə həmin şəxsin qolundan və ayağından yaralandığı bildirilir.

Digər əməkdaşların da müxtəlif ittihamlara məruz qaldığı, onların təxminən 10 saat ərzində evdən çıxmasına imkan verilmədiyi qeyd olunur. Hadisə zamanı reperin uşaqlarının evdə olduğu və onların şkaflarda gizlənərək baş verənlər barədə anaları Oksana Samoylovaya məlumat verdiyi yazılır.

Atəş səslərini eşidən qonşular polisə və qəsəbənin mühafizə xidmətinə xəbər veriblər. Sonradan Ciqanın zərərsizləşdirildiyi bildirilir. 

Məlumata görə, hadisədən sonra reper İsraildəki reabilitasiya mərkəzlərindən birinə göndərilib. Onun hazırda da İsraildə müalicə aldığı barədə məlumatlar var. 

Ciqanın keçmiş həyat yoldaşı Oksana Samoylovanın hadisənin baş verdiyini təsdiqlədiyi bildirilir. Hadisə zamanı onun xaricdə olduğu, xəbəri aldıqdan sonra Moskvaya qayıtdığı qeyd olunur.

İyul ayında baş verə hadisənin yalnız bir neçə ay sonra, 23 sentyabrda geniş ictimaiyyətə məlum olması diqqət çəkir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri