Icma.az
close
up
RU
Məşhur restoranda xanım ofisiantı döyən sahibkar azadlığa buraxıldı

Məşhur restoranda xanım ofisiantı döyən sahibkar azadlığa buraxıldı

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Apellyasiya Məhkəməsinin xuliqanlıqda təqsirləndirilən Fərid Tahirovun (soyadı şərti) barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməyib, Nizami Rayon Məhkəməsinin çıxardığı 5 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Belə ki, Fərid Tahirova 3 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.

İttihama görə, hadisə 26 noyabr 2024-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 265 ünvanında yerləşən "Sarf” restoranda qeydə alınıb.

Fərid Tahirov icarə əsasında işlətdiyi sözügedən restoranda orada ofisiant kimi fəaliyyət göstərmiş Samirə Məcidovanı (soyadı şərti) döyməkdə ittiham edilib.

Belə ki, sahibkar restoranda Samirənin “TikTok” sosial şəbəkəsində canlı yayım açdığını görüb. O, ofisiant xanıma əsəbiləşib və "sən sabahdan istirahətdəsən” deyib. Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əmək haqqısını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu xanım işçisinin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara "haram xoşun olsun” deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirənin üstünə hücum edərək onu təhqir edib. Daha sonra sahibkar xanım ofisiantın üzünə qapını çırparaq, yumruqla baş nahiyəsinə zərbə vurub. Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Fərid Tahirov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalından dərhal həbs olunmuşdu.

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Mart 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Papa bu gün dəfn olunacaq

26 Aprel 2025 08:51see202

Mançester Yunayted in sabiq futbolçusu MMA da çıxış edəcək debüt matçı

26 Aprel 2025 01:02see135

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see134

BAMF Kanadanın baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayıb

25 Aprel 2025 19:24see133

BVF: Bu, qlobal iqtisadi artıma təhlükə yaradır!

26 Aprel 2025 01:11see130

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı 20% dən çox artıb

25 Aprel 2025 16:37see129

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see128

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see128

“Trabzonspor”un finaldakı rəqibi müəyyənləşdi

26 Aprel 2025 01:25see126

Gədəbəy, Ağstafa və Tovuzda Uşaq İncəsənət Festivalı 2025 üçün seçim turu keçirilib FOTOLAR

26 Aprel 2025 13:00see125

Generalın ölümündə Ukraynanın əli ola bilər Zaxarova

26 Aprel 2025 00:59see124

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see123

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

26 Aprel 2025 14:30see123

Bakıda əvvəllər qəza törədən avtobus sürücüsü indi də piyadanı DÖYDÜ

26 Aprel 2025 02:13see123

Dubay Moskva reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi VİDEO

25 Aprel 2025 18:52see122

Ofis işçilərinin nəzərinə Gün ərzində bu qədər addım atmasanız...

26 Aprel 2025 05:06see122

BMT nin Qəzzada ərzaq ehtiyatı tükənib

25 Aprel 2025 16:32see119

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see115

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see113

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri