Icma.az
close
up
RU
Məşhur tikinti şirkətində qanunsuzluqlar “Baxça şəhər”də yanğın təhlükəsi var?

Məşhur tikinti şirkətində qanunsuzluqlar “Baxça şəhər”də yanğın təhlükəsi var?

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanda tikinti sektoru tez-tez bu sahədə çalışan insanların hüquqlarının pozulması məsələsi ilə gündəmə gəlir. Əmək müqavilələri formal, maaşlar qeyri-rəsmi, iş saatları isə istismarçılıq üçün əlverişli olur. Redaksiyamıza daxil olan növbəti şikayət də bunu təsdiqləyir.

Bu dəfə müraciət “Aral Group” tikinti şirkətində mühasib köməkçisi vəzifəsində çalışmış Cavid Əliyevdən gəlib.

Şikayətçinin bildirdiyinə görə, şirkətdə əməkdaşlar yalnız rəsmi iş saatları ilə deyil, qeyri-rəsmi şəkildə daha saatlarla işləməyə məcbur edilir:

“Mən 10 ay rəsmi olaraq “Aral Group” tikinti şirkətində mühasib köməkçisi vəzifəsində çalışmışam. Normalda iş saatı 09:00-da başlayaraq 18:00-da bitir. Lakin mənim işim 08:00-dan 18:00-a kimi idi. Bu, şirkətin qrafiki idi və hazırda da əməkdaşların hamısı qeyd etdiyim qrafik üzrə çalışırlar. Həftənin 5 günü 8 saat olmaqla, əməkhaqqı 450 manat qeyd olunmuşdu. Lakin aldığım əməkhaqqı 600 manat idi. Maaşın 450 manatını karta vururdular, qalan hissəsini isə nağd şəkildə verirdilər. Şirkət mənə məzuniyyətin düşmədiyini və əlavə iş saatlarına görə ödəniş edilməyəcəyini bildirir. Baxmayaraq ki, şirkətin bu davranışı qayda pozuntusudur. Hüquqları pozulmuş bir vətəndaş olaraq, məzuniyyət və əlavə günlərimin hesablanmasını tələb edirəm”.

Bu gönderiyi Instagram'da gör

Səməndər Niftəliyev Patrul.az (@patrul.az.official)'in paylaştığı bir gönderi


Ən narahatedici məqam isə əlavə iş saatlarına görə ödənişin edilməməsi və əmək məzuniyyətinə icazə verilməməsidir. Cavid Əliyev hesab edir ki, 10 aylıq iş dövrü ərzində toplanmış əlavə saatlar və istifadə olunmamış məzuniyyət günləri üçün ona 3623 manat ödənilməli idi. Lakin bu tələb şirkət tərəfindən rədd olunub.

Şirkətin hüquqşünası Rafət bəy isə məsələ ilə bağlı Bakupost.az -ın sualına cavab verməkdə çətinlik çəkdiyini:

“Bu, mənim sahəm deyil. Təbii ki, deyəcəm ki, bu, doğru deyil. Əgər hüquqları pozulubsa, Əmək Müfəttişliyi ilə əlaqə saxlasın.”

“Aral Group” 1991-ci ildə Türkiyədə yaradılıb və 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Sumqayıt şəhərindəki “Bağça Şəhər” adlı iri yaşayış kompleksi də bu şirkətin layihəsidir.


Sözügedən layihə ilə bağlı da əvvəllər müxtəlif narahatlıqlar səsləndirilib. İddialara görə, binalarda yanğın təhlükəsi yüksək olan penoplast üzlüklərdən istifadə olunub. Halbuki bu material 2016-cı il mayın 19-da baş vermiş faciədən sonra rəsmi olaraq qadağan edilib.

Layihənin rəhbəri Muxtar Gülməmmədov Bakupost.az -a açıqlamasında iddiaları təkzib edib.

“Xeyr, biz buna icazə vermərik. Hər məhsulun sertifikatları var, tanınmış şirkətlə çalışırıq. Əgər belə şübhə varsa, FHN-ə şikayət etsinlər”.

Hansı tərəfin həqiqətləri danışdığını demək çətindir. Lakin dəqiqlikdə deyə bilərik ki, işçi hüquqlarının qorunması və tikinti təhlükəsizliyi məsələləri təkcə qanunlarla deyil, həm də vicdan və məsuliyyət hissi ilə tənzimlənməlidir. Əks halda, redaksiyamıza eyni mövzu ilə əlaqədar hələ çox müraciət daxil olacaq. Bu isə cəmiyyətdə həmin şirkətlərə qarşı inamsızlıq yaradır. Görünür ki, bəzi şirkətlər hələ də bu inamı qazanmaq yolunda ciddi düşünməlidirlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Aysel,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri