Məşhur türk müğənni itləri üçün VİLLA TİKDİRDİ FOTOlar
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türk pop musiqisinin "Superulduz"u kimi tanınan Ajda Pekkan xeyirxah addımı ilə yenidən gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçi heyvanlara olan sevgisi ilə də seçilir. O, sahib olduğu villalardan birini tamamilə heyvanların istifadəsinə verib. Bildirilir ki, həmin məkan küçə heyvanlarının sığınacağına çevrilib və onların rahat yaşaması üçün bütün şərait yaradılıb.
Ajda Pekkanın bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi sənətçinin bu təşəbbüsünü yüksək qiymətləndirərək onu nümunəvi davranış kimi dəyərləndirib.
Digər tərəfdən, bəzi şəxslər isə bu cür addımların daha geniş miqyasda təşviq olunmasının vacibliyini vurğulayıblar. Bəziləri isə heyvanlar üçün villa ayırmasını birmənalı qarşılamayıb. Ümumilikdə sənətçinin heyvanlara göstərdiyi qayğı isə izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 19 Aprel 2026 06:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















