Icma.az
close
up
RU
Məşhur türk saçını Tramp sarısı na boyatdı

Məşhur türk saçını Tramp sarısı na boyatdı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ Senatı Prezident Donald Tramp tərəfindən federal səhiyyə qurumunun direktoru vəzifəsinə namizəd göstərilən ürək cərrahı Mehmet Özü 53 “lehinə” və 45 “əleyhinə” səslə təsdiqləyərək, Medicare və Medicaid Xidmətləri Mərkəzinin (CMS) direktoru vəzifəsinə təyin edib. 

O, bu vəzifəyə gətirilən ilk türk olub. 

“Cebheinfo.az” xəbər verir ki, Mehmet Özün 14 mart tarixində Senatın Maliyyə Komitəsində keçirilən iclas zamanı saçlarının Donald Trampa bənzər şəkildə sarıya boyadığı ilə bağlı xəbərlər mətbuatda yer almışdı. Belə ki, iclasın “YouTube”-da canlı yayımı zamanı izləyicilərin bir çoxu “Bu yeni sarışın kimdir?”,- deyə soruşub. "The New York Times" qəzetinin məlumatına görə, ABŞ əhalisinin təxminən yarısına tibbi sığorta xidməti göstərən Medicare və Medicaid-in idarəçiliyinə Respublikaçılar razılıq versə də, Demokratlar bu təyinatın əleyhinə çıxıblar. 

Senatda səsvermədən əvvəl keçirilən komitə iclaslarında Demokrat konqresmenlər Medicaid proqramında ola biləcək ixtisarlar barədə narahatlıqlarını ifadə edərək, bunun minlərlə insanı səhiyyə təminatından məhrum edə biləcəyini vurğulayıblar. Bundan əlavə, Mehmet Özün Senatdan təsdiq alıb-almayacağı son ana qədər qeyri-müəyyən qalmışdı. Missuri ştatından Respublikaçı senator Coş Holi, həftənin əvvəlində Özün namizədliyini dəstəkləyəcəyini açıqlamışdı. O, Mehmet Özün ona "transcinsiyyətli uşaqlar üçün səhiyyə və qayğı xidmətlərini artıq dəstəkləməyəcəyini və aborta qarşı olduğunu" söylədiyini bildirmişdi. 

Halbuki, Holi bundan öncəki çıxışlarında bu məsələlərə görə Özün əleyhinə səs verəcəyini demişdi. ABŞ mətbuatı yazır ki, Mehmet Özün bu vəzifəyə təyin edilməsi Prezident Donald Trumpın dövründə federal büdcə xərclərinin azaldılması ilə əlaqədar səhiyyə proqramlarında ciddi ixtisarların gözlənildiyi bir vaxta təsadüf edir. 

CMS-də xərclərin optimallaşdırılması çərçivəsində təxminən 300 əməkdaşın işdən çıxarılacağı bildirilir. Keçən ay Senatın Maliyyə Komitəsində çıxış edən Mehmet Öz, ABŞ-nin tibbi sığorta proqramlarının davamlılığını təmin etməyin vacibliyini vurğulayaraq, "Xəstələrin bu gün və gələcəkdə ehtiyac duyduqları halda lazımi tibbi xidmət ala bilmələrini təmin etmək istəyirəm. Medicaid-in qorunması üçün onun hər səviyyədə davamlı olduğuna əmin olmaq lazımdır",- deyib. Öz, həmçinin həkim kimi keçmişindən və qazandığı 10 “Emmy” mükafatından danışaraq, rəhbərlik edəcəyi CMS qurumunun əsas məqsədlərinin amerikalıların ömür uzunluğunu artırmaq olduğunu bildirmişdi. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri