Icma.az
close
up
RU
Məşhur yazıçının öz dəfni üçün istəkləri: Şampan, musiqi və...

Məşhur yazıçının öz dəfni üçün istəkləri: Şampan, musiqi və...

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhur yazıçı Cilli Kuper bazar günü vəfat etməzdən əvvəl, öz dəfn mərasimində necə görünmək istədiyini ətraflı təsvir edib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, geyimindən tutmuş, tabutunda yanında olmasını istədiyi xırda əşyalara qədər hər şeyi qeyd edib.

Kuper deyib ki, o, tez-tez ölüm haqqında düşünür, amma bundan qorxmur. Yazıçı inanırdı ki, sadəcə cənnətə gedəcək. Orada onu günəş işığına qərq olmuş çəmənlikdə qarşılayan itlərini və ailə üzvlərini görəcəyini təsəvvür edib. Amma o, həm də orada sevmədiyi insanların olmamasını arzulayıb.

O, ağrı içində ölmək istəmədiyini vurğulayıb. Xüsusilə, insult və Alzeymer xəstəliyindən qorxub, çünki bu, onu başqalarından asılı vəziyyətə salardı. O, anasının dəfnindən sonra baş verən bir hadisəni də xatırlayıb: böyük qara quş qonaq otağında pəncərəyə ilişmişdi. Quş pəncərəyə çırpılırdı və Cilli əri Leodan onu azad etməsini xahiş etmişdi. Həmin an o, ölümün belə olmalı olduğunu düşündü: dəhşətli bir an, şüşəyə zərbə, sonra səni böyük əllər bürüyür və qəfildən pəncərədən çıxıb yeni həyata uçursan. Bu, onun fikrincə, “yaxşı bir yol” idi.

Cilli ölümündən sonra orqan donoru olmaq istədiyini də deyib. Amma zarafatla əlavə etmişdi ki, onun yaşında orqanlarının heç kimə lazım olmayacağını anlayır. O, “qalın yorkşir budlarını” nümunə kimi bağışlaya biləcəyini gülərək söyləyib.

O, dəfn mərasimindən imtina etməyi düşünüb, çünki bir sorğuda Fransada hər il təxminən 500 nəfərin qəbirdən səhvən çıxarıldığı bildirilirdi. Kremasiya, onun fikrincə, daha sadə olardı. Amma eyni zamanda, dəfn mərasimində səliqəli görünmək istəyib: büstqalter və kostyum geyinmək, yanında ərinin və uşaqlarının fotoları, şampan, şokolad konfetləri və Papa II İoann Pavelin vinil diski olmalı idi. Arxa planda isə pop musiqi səslənməli idi.

Kuper istəmişdi ki, mərasimi iki keşiş aparsın: sevimli kənd keşişi cənab Ferro və yaxın dostu – Prinkneş abbatlığından ata Demian. O, həmçinin Malerin “Minlərin Simfoniyası”nın Bornmut simfonik orkestri, Kral Opera Teatrının orkestri və Şotlandiya Kral milli orkestri tərəfindən ifa olunmasını arzulayıb. Bundan sonra isə Kriştina Rossettinin “Mən öləndə, əzizim, mənə kədərli nəğmələr oxuma” misrası ilə başlayan şeir səslənməli idi.

Bütün bunlardan sonra isə onların Qlosterşirdəki evlərinin bağında, vadinin mənzərəsinə baxan bir yerdə bayram əhval-ruhiyyəsində bir toplantı keçirilməli idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri