Məşhurlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olublar FOTOLAR
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, qonaqlar Mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərindən ibarət ekspozisiyaya baxıb, yaradıcılıq studiyalarında təlim prosesi ilə tanış olublar. Mərkəzin direktoru vəzifəsini icra edən Elnarə Ənsari qonaqlara həssas qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Qonaqlar Təsviri incəsənət studiyasında yaradıcılıq prosesinə qoşulub, benefisiarlarla birlikdə bacarıqlarını sınayıblar.
Sonra Mərkəzin istedadları, təlimçiləri və "İnklüziv DOST” könüllüləri müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə birlikdə mahnı və poeziya nümunələri səsləndiriblər. Proqramda qonaqların repertuarından sevilən kompozisiyalar, bəstəkar mahnıları yer alıb. Görüş çərçivəsində qonaqlar birgə layihələri olan "Sənə gəlməyəcəm” adlı kompozisiyanın ilk təqdimatını ediblər.
Layihənin təşkilində məqsəd həssas qruplardan olan şəxslərin incəsənət vasitəsi ilə sosial inteqrasiyasını gücləndirmək, onları motivasiya etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















