Icma.az
close
up
RU
Məşhurları müalicə edən alimdən SENSASİON açıqlama: İnsan immuniteti ya var, ya da yox...

Məşhurları müalicə edən alimdən SENSASİON açıqlama: İnsan immuniteti ya var, ya da yox...

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kreml xəstəxanasının eks-baş həkimi, Rusiyanın tanınmış iş adamlarının və siyasi elitasının müalicə aldığı M. E. Jadkeviça adına şəhər klinikasının rəhbəri - Aleksandr Myasnikov hesab edir ki, istehsal edilən dərmanların immunitetə heç bir təsiri yoxdur.

Rusiyanın məşhur alimi “50 yaşdan çox necə yaşamaq olar?” kitabında həkimlərin xəstələrə yazdığı həblər və son illərdə geniş şəkildə reklam olunan dərman şirkətlərini ifşa edib.

Publika.az Rusiya mətbuatına istinadən kardioloqun müzakirələrə səbəb olan fikirlərini təqdim edir.

Myasnikov iddia edir ki, reklam edilən tibbi preparatların demək olar ki, hamısı faydasızdır, xüsusilə də yalnız preparatların hesabına sağlam olmaq istəyən insanlar üçün. Həkimin sözlərinə görə, geniş reklam kampaniyası preparatların şəfaverici xassələrini əsla təsdiq etmir.

Myasnikovun şok edici araşdırmalarından biri də odur ki, immuniteti qaldırmaq olmaz. İnsan immuniteti ya var, ya da yox. İmmun çatışmazlığı anadangəlmədirsə, onda bu uşaqlar çox vaxt yetkinlik yaşına qədər sağ qalmır və infeksion xəstəliklərdən ölürlər. Əgər immun çatışmazlığı sonradan baş veribsə, bu, QİÇS-dir. Çünki immunitet sisteminə təsir edən başqa heç bir xəstəlik praktiki olaraq mövcud deyil. Nəticə etibarı ilə immuniteti qaldırmağa gərək yoxdur. Və geniş reklamlı immunomodulyatorlar sadəcə pul itkisidir. Hətta QİÇS xəstələrinə bu dərmanlar verilmir. Avropa və Amerika standartlarında QİÇS müalicəsi virusla (ya da digər patojenin) mübarizəyə yönəlib.

Rusiyada indi immuniteti testdən keçirmək dəbdədir. Və demək olar ki, əhalinin çoxunda immun sistemi sıfıra yaxınlaşır. Ancaq həkimlər dərhal sakitləşdirir ki, bir neçə həftə immunomodulyator vurdurmaqla immun sistemini xilas etmək olar. Onların qiyməti 10-120 dollardan 1000 dollara qədər dəyişir. Myasnikovun fikrincə, Qərbi Avropada və ABŞ-da bu preparatların birmənalı şəkildə səmərəsiz olduğu sübut və qəbul edilib. Bir çox rus həkimləri isə immunomodulyatorların gücünə hələ də inanmağa davam edir.

Əgər kimsə epidemiya nəticəsində xəstələnirsə, bunu dərhal immun sisteminin aşağı düşməsi ilə izah edirlər. Lakin alim bu yanaşmanı rədd edərək izah edir ki, bu, immun sisteminin zəifləməsi yox, bədənin qoruyucu reaksiyaların təsirinin azalmasıdır. Myasnikovun fikirlərini Amerika xəstəxanasında çalışan gürcü həkim İrakli Buziaşvili də təsdiq edir.

A.Myasnikov hesab edir ki, vegetativ damar distoniya xəstəliyi yoxdur. Onun əlamətləri müxtəlif nasazlıqların səbəbi ola bilər, odur ki, yanaşma müxtəlif olmalıdır. Antidepressantlar haqqında danışan həkim onu da əlavə edib ki, bu, ticarət cəllaları gündən-günə çoxalır. Həkimlərin bir qismi açıq-aşkar bu ticarətə qoşularaq böyük pullar qazanır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri