Bakıda yağan rekord yağışların səbəbi müharibədir? Alimdən sensasion açıqlama
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Yaxın Şərq və İranda baş verən hərbi toqquşmaların Bakıda son günlər müşahidə olunan şiddətli yağıntılara yol açdığı məlum olub.
Qaynarinfo xəbər verir ki, bu barədə caliber.az-a Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, tanınmış mütəxəssis Həsən Nəbiyev məlumat təqdim edib.
Bakıda yağan rekord yağışların səbəbi müharibədir? - Alimdən sensasion açıqlama - FOTO
Mütəxəssisin sözlərinə əsasən, şiddətli partlayışlar, raket və bomba zərbələri, eləcə də yanğınların tüstüsü yer üzərindən atmosfer qatına nəhəng miqdarda toz, torpaq və müxtəlif bərk maddələr qaldırır.
"Bunun nəticəsində atmosfer bərk kondensat maddələri ilə zənginləşərək strukturunu itirir və Abşeron yarımadası ilə paytaxtda misli görünməmiş yağıntılara gətirib çıxarır. Bakının iki gün ərzində aylıq normanın 564%-ni qəbul etməsi bariz anomaliya hesab edilir. Analoji vəziyyət sonuncu dəfə bir əsrdən çox bundan öncə qeydə alınıb, lakin həmin vaxt yağan leysan belə indikindən daha zəif idi", - deyə alim vurğulayıb.
Onun qənaətinə görə, bütövlükdə region dövlətlərində - Azərbaycan, Dağıstan (Rusiya), Türkiyə, Gürcüstan və Ermənistanda müşahidə edilən dağıdıcı yağıntılar Yaxın Şərqdə gedən müharibənin birbaşa ekoloji fəsadlarıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 31 Mart 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















