Icma.az
close
up
RU
Məşhurları siçana, qurbağaya bənzətdilər TikTok da qəribə trend

Məşhurları siçana, qurbağaya bənzətdilər TikTok da qəribə trend

Icma.az bildirir, Lent az portalına istinadən.

"TikTok" sosial şəbəkəsində məşhurların xarici görünüşü ilə bağlı qeyri-adi trend yayılıb. Yeni nəzəriyyəyə əsasən, insanların üz cizgiləri iki əsas qrupa – siçan və qurbağa tipinə bölünür.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Londonda fəaliyyət göstərən plastik cərrah Culian De Silva “Daily Mail” nəşrinə açıqlamasında bu yanaşmanın üzün forması və nisbətləri ilə bağlı olduğunu deyib.

Mütəxəssisin sözlərinə görə, üzün yeddi əsas forması var və onları şərti olaraq iki qrupa ayırmaq mümkündür.

Cərrahın izahına görə, siçan tipli üz quruluşuna malik insanlarda üz daha uzun və ensiz, çənə sivri, yanaq sümükləri isə hündür olur. Bu qrupa rombşəkilli, ürəkşəkilli və uzunsov üz formaları daxildir.

De Silva məşhur aktrisalar Meqan Foks, Skarlett Yohansson, Riz Uizerspun, eləcə də modellər Jizel Bündhen və Viktoriya Bekhemin bu tip üz quruluşuna malik olduğunu bildirib.

Qurbağa tipli üz quruluşu isə daha geniş üz, bir-birindən aralı yerləşən gözlər, nəzərəçarpan çənə xətti və geniş ağızla xarakterizə olunur. Cərrah bu qrupa Ancelina Coli, Keyt Moss, Kira Naytli və Devid Bekhemi aid edib. Onun sözlərinə görə, yumru, kvadrat və armudşəkilli üz formaları bu kateqoriyaya daxildir.

Maraqlıdır ki, müğənni Rihanna hər iki qrup arasında yer alır. Plastik cərrahın müşahidələrinə görə, qadınlar daha çox ensiz üz, hündür yanaq sümükləri və zərif çənə xətti əldə etmək istəyirlər. Kişilər isə əksinə, daha geniş və kvadrat çənə quruluşuna üstünlük verirlər.

De Silva bildirib ki, bu fərqlər estetik əməliyyatlara müraciət edən şəxslərin istəklərində də özünü göstərir. Mütəxəssis fərqli üz quruluşlarının bir-birini vizual olaraq tamamlamasına nümunə kimi Devid və Viktoriya Bekhemi göstərib. Onun fikrincə, Devid Bekhemin kvadrat və geniş üz quruluşu qurbağa tipinə, həyat yoldaşı Viktoriyanın ensiz və uzunsov üzü isə siçan tipinə uyğundur. Cərrah hesab edir ki, bu fərqlilik onların birlikdə çəkilən fotolarda ahəngdar görünməsinə kömək edir.

Bununla belə, mütəxəssis vurğulayıb ki, insanları belə qruplara bölmək onların gözəlliyini qiymətləndirmək demək deyil. Onun sözlərinə görə, vahid gözəllik standartı mövcud deyil. Müxtəlif üz formaları özünəməxsus cəlbediciliyə malikdir. De Silva əlavə edib ki,  sosail şəbəkədə yayılan bu nəzəriyyə üz quruluşlarını müqayisə etmək üçün əyləncəli üsul olsa da, onu elmi cəhətdən təsdiqlənmiş universal gözəllik qaydası kimi qəbul etmək düzgün deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri