Icma.az
close
up
RU
“Məsləhət verirsiniz ki, ictimai nəqliyyatdan istifadə edin, sonra da deyirsiniz ki, gecə avtobuslar işləməyəcək” Bakıdakı vəziyyət tənqid edildi

“Məsləhət verirsiniz ki, ictimai nəqliyyatdan istifadə edin, sonra da deyirsiniz ki, gecə avtobuslar işləməyəcək” Bakıdakı vəziyyət tənqid edildi

Pravd.az-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır “Məsləhət verirsiniz ki, ictimai nəqliyyatdan istifadə edin, sonra da deyirsiniz ki, gecə avtobuslar işləməyəcək” Bakıdakı vəziyyət tənqid edildi.

Bakıda və Abşeronda hökm sürən kəskin hava şəraiti davam edir. Ötən gün axşam saatlarından etibarən yağan narın qar yerə hələ enməmiş paytaxt yolları iflic vəziyyətə düşüb. Aidiyyəti orqanların ünvanına sosial şəbəkələrdə yazılan tənqidlər azmış kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi son açıqlama vətəndaşları özündən çıxarıb. AYNA bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək.

Pravda.az bu barədə sosial şəbəkələrdə yazılan şərhləri təqdim edir:

“Hansı avtobuslar? Xırdalan və Masazırda “o tərəfə getmirəm, qar var” deyərək camaatı yolun yarısında düşürən avtobuslar?”

“2 millimetr qara tab gətirə bilmirsiniz. Bəs bundan öncə yazmışdınız "gücləndirilmiş iş rejimində çalışacaqsınız"? Bu nə ikiüzlü yanaşmadır? Vətəndaşları aldadırsınız!”

“Nə yaxşı qış qış kimi keçmir, 2-3 gün özünü göstərməyi bəs edir, yoxsa batarsınız!”

“Açıq desinlər ki, qışa hazır deyilik. Etiraf bu qədər çətindir?”

“Avtobusların qrafikini dəyişmək əvəzinə AAYDA-nın texnikalarını tökün yollara, zəhmət çəkib işləsinlər”.

“İaşə obyektlərində işləyənlər bu gecə iş yerində qalacaqlar? Camaat bəs evə necə dönəcək?”

“AYNA cərimə yazır, bəs bu yola kim baxır? Qar yağmamışdan avtobuslar normal işləmir. Bu camaatın halı necə olacaq?”

“Biabırçılıqdır. Bir yandan məsləhət verirsiniz ki, ictimai nəqliyyatdan istifadə edin, bir yandan da 21:00-a kimi...”

“Yaxşı ki, qış mülayim keçdi. Yoxsa inanıram ki, bu operativliklə biz iflic olardıq”.

“Paytaxta 10 millimetr qar yağıb, AYNA bildirdi ki, avtobuslar bu gün 21:30-dək işləyəcək. Halbuki 5 gündür hava proqnozları deyir ki, qar yağacaq. Dövlət qurumları heç bir tədbir görmürlər, Allah ümidinə gözləyirlər ki, birdən yağmaz. Yağanda da öz səriştəsizliklərini gizlətmək üçün ən asan işə qaçıb, ictimai nəqliyyatı qısıtlayırlar. Bir adam da soruşmur ki, ay icra, ay AYNA, sən niyə 10 mm qara hazır deyilsən?”

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see357

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see169

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see168

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see121

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see118

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see116

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see114

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see109

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Ağrı hissini nəyin artırdığı ortaya çıxdı

21 Fevral 2025 07:16see108

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see108

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see108

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Sürücü idarəetməni itirdi, svetoforu aşırdı Video

21 Fevral 2025 00:27see107

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see107

Yük maşınlarının yoxlanılması ilə bağlı yeni qayda

20 Fevral 2025 17:29see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri