Icma.az
close
up
RU
“Məşqlərdən birində rejissordan incidim ki, atan yaşındayam, üstümə niyə qışqırırsan?”

“Məşqlərdən birində rejissordan incidim ki, atan yaşındayam, üstümə niyə qışqırırsan?”

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Vətəndaş A” serialına görə çox sevinirəm. İşimdən yox, ümumiyyətlə ekran əsərindən böyük zövq alıram. Deyim ki, bu uğur gözlənilməz oldu?! Xeyr! Əməlli-başlı iş prossesi gedirdi. Serialın rejissoru Elvin Rüstəmzadə aktyorlarla iş aparırdı, o bizdən tamam başqa şeylər tələb edirdi. Hətta məşqlərdən birində ondan incidim ki, atan yaşında kişiyəm, sən mənim üstümə niyə qışqırırsan? Oturduq, fikirləşdik. Başa düşdüm ki, o nə istəyir. Sonra gördüm ki, bu adam aktyorları həqiqətən də çox istəyir”. Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Şamil Süleymanlı deyib.

O qeyd edib ki, əgər bir rejissor aktyoru çox istəmirsə, orada heç bir yaradıcılıqdan söhbət gedə bilməz: “Mən Elvini öz oğlum kimi çox istəyirəm. O da elə bizi çox istəyir. Əgər bir rejissor aktyoru çox istəmirsə, orada heç bir yaradıcılıqdan söhbət gedə bilməz. Nə etsən də alınmaz. Hələ ki, mənim ürəyimdən tikan çıxardan bircə bu serialdır. Ekran işi Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilib. Görün o Cəfər Cabbarlını necə müasirləşdirib?! Klassik əsərlərin müasirləşdirilməsini çox vaxt qəbul edə bilmirəm. Görün ssenarist Asiman Ağa Rövşən orada yaxşı mənada nə oyun çıxarıb! O bizim gənc, perspektivli aktyorumuzdur. Onun atası da gözəl, istedadlı yazıçı idi. Tərbiyə həmişə var. Ona görə də o gözəl yazıb. Mən əynimə nimdaş geyinib küçələrdə gəzməyi xoşlayıram. Çörək almağa gedəndə də gərək saçını darayasan, əyninə qəşəng şeylər geyinəsən. Axı aktyorsan! Məndə belə şey heç vaxt olmayıb. Şəpiyimi sürütdəyə-sürütdəyə gedib çörəyi alıb gəlmişəm. Mən indiyə qədər bilməmişəm ki, mənə baxırlar ya yox?! Amma son bu ekran əsərindən sonra yolda gedə bilmirəm. Avtomobilləri saxlayıb soruşurlar ki, bu serialın axırı necə olacaq?! Mənim o mənfi roluma görə o qədər söyüşlər söyürlər ki.. Mən indi başa düşmüşəm ki, aktyorlar mənfi rolu niyə xoşlamır? Söyüşdür ee.. (gülür)”.

Şamil Süleymanlı bildirib ki, ona yenə film təklifləri gəlib: “Bu yaxınlarda Əlixan Rəcəbovun “Səriyyə” adlı filminin təqdimatı baş tutdu. Təqdimata gedə bilmədim. O gündən bəri özümü o qədər pis hiss edirəm ki.. “Səriyyə” filmində oğlanın atası roluna çəkilmişəm. Hələ ki, ataları oynayıram. Babaya bir az qalıb. Bir dəvət də almışam, buna hələ ki, hazırlaşıram. Bir yeni iş də yeni illə bağlıdır. Mədəniyyət Nazirliyinin sifarişi ilə gənc rejissor bir yeni layihəyə edəcək, bir aya çəkilişlər başlayacaq. Əsas mənim üçün bu işdir”.

Şamil Süleymanlı doğma yurdu Şuşadan da danışıb və arzusunu dilə gətirib: “Bəxtim onda gətirib ki, hara gediriksə Şuşaya girən kimi bizim evin yanından keçirik. Avtobuslar dayanan kimi, birinci növbədə zəmbilimi yerə qoymamış qaçıb evimizə baxıram. Mənimlə birlikdə dostlar da gedirlər. Maraqlısı burasındadır ki, ad günümdə mənə ən böyük hədiyyəni Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev verdi. Şəhərimiz bizdədir ee! Bunu unutmaq lazım deyil. Birinci dəfə Şuşaya gedəndə elə bildim ki, balacalaşıb. İndi bilirsiniz nə boydadır Şuşa? Şuşada gecə-gündüz iş gedir. Hoteldə qalanda səhərə qədər səs-küy əlindən yatmaq olmur. Şuşada gecə sən rahat gəzə bilərsən. Böyük projektorların altında iş gedir, şəhəri yenidən tikirlər. Hər dəfə gedəndə adam çaşıb qalır. Siyahıya da alınmışıq. İnanın ki, hələ də eyforiyadayam! Hər dəfə ora gedəndə elə bilirəm ki, başqa ölkədəyəm. Başqa bir dünyadayam. Cıdır düzünün qabağında kim evini fikirləşə bilər ki, oğlum?! Səhv etmirəmsə işğal vaxtı Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli böyük bir ziyalı qrupu ilə Şuşaya getmişdilər. Cıdır düzünə getmək istəyəndə ermənilər onları buraxmamışdılar. Elə bil Şuşa bunların dədələrinindir! Bu hadisə Fərhad Bədəlbəyliyə pis təsir etmişdi. İndi Cıdır düzünə gedirsən, düşünürsən ki, Şuşa ayrı gözəldir, Cıdır düzü ayrı. 17 məhəllə var. Şuşa başqa bir dünyadır. Ən böyük arzum Şuşada filmə çəkilməkdir. Orada bir filmə çəkilsəydim missiyamı yerinə yetirmiş olardım”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see122

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri